"Etməyin belə, işsizdir insanlar"


"Karantin girəndən hamı cinayətkar kimi görünür. Orada onu cərimələdilər, burada bunu tutdular. Vallah, əsəb dözmür".
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri soail şəbəkə hesabında yazıb. 
Sənətçi Operativ Qərargahın qəbul etdiyi qərarları tənqid edib:
"Qorxu hissi xəstəlikdən daha pisdir. Etməyin belə. İşsizdir insanlar. Çətindir. Dözmək mümkün deyil. İdman zallarını açın. Rayonlara gediş-gəlişi açın. Kommunal xərclərə endirim edin. İnterneti pulsuz edin (uşaqlar onlayn oxuyur). Məktəbləri açın. Restoranları açın. Elə bil 6 aydır qorxulu filmdə yaşayırıq. Sanki üzərimizdə eksperiment aparılır".
Tarix: 31-08-2020, 15:59
Xəbəri paylaş



Xəbər lenti