“Eşkiya dünyaya hükümdar olmaz” serialda baş rolu canlandıran aktyor Oktay Kaynarca 25 yaşlı model-aktrisa sevgilisi Gizem Acar ilə paparatsilərin hədəfinə tuş gəlib.
Bodrumdakı istirahət mərkəzlərinin birində dincələn cütlük müxbirləri görüncə əsəbiləşib və açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, 6 aydır birlikdə olan Oktay Kaynarca və Gizem Acar münasibətlərini hər kəsdən gizli saxlamağa çalışırdılar. Aktyor daha əvvəl eyni serialda rol aldığı aktrisa Dəniz Çakırla sevgili olub. (axşam.az)
Tarix: 6-08-2020, 21:51