Tanınmış aparıcı Kamran Həsənli karantin qaydalarının yumşaldılmasını tələb edib.Yenisabah.az xəbər verir ki, aparıcı iaşə obyektlərinin, şadlıq saraylarının açılmasını istəyib:
“SMS icazə ləğv olundu, amma biz hara gedəcəyik? İş yerlərimiz bağlıdırsa, biz küçəyə veyillənməyə gedəcəyik? İndi çimərliyə gedəcəyik, niyə yay vaxtı bizə çimərliyə getməyə icazə verilmirdi? Yay vaxtı D vitamini qəbul edib, immunitetimizi gücləndirib qışa sağlam çıxardıq. İndi çimərliklərdə iaşə obyektləri, restoranlar da bağlıdır, niyə imkan vermirsiniz insanlar qazanc əldə etsinlər?
5 aydır şadlıq evləri bağlıdır, şadlıq evləri dövlətimizin iqtisadiyyatında bir sənayedir. Dövlətin iqtisadiyyatına niyə zərbə vurursunuz? Orada on minlərlə musiqiçi çalışır. Onlar 5 aydır evlərinə pul apara bilmirlər. Bu qərarların nəticəsində ağır məqamlar var.
Dövlət bir atadır, ata da öz övladına çətin anlarda yardımçı olmalıdır. Heç olmasa kommunal xərclərin bir qismindən vətəndaşlar azad olmalıdır. Kreditləri istəyirlər. Biz karantinin əleyhinə deyilik, karantin insanlara yardımçı olmalıdır, sağlamlıqlarını qorumalıdır, əsəblərini korlamalı deyil”.
Tarix: 4-08-2020, 12:58