Millət vəkili Etibar Əliyev özünün facebook statusunda “Planet Parni iz Baku” Teatrını sərt tənqid edib.Demokrat.az həmin yazını təqdim edir:
Təsadüfən ARB kanalında “Planet Parni iz Baku hamı Avroppalara” tamaşasına baxdım. Məyus oldum. Nə qədər cılız və mənasız səhnələr hazırlayırlar. Bunlar elə bilirlər ki, camaat yumorun nə olduğunu başa düşmür.
Axırıncı səhnəcik sual-cavaba həsr olunmuşdu.
Tahir İmanovun verdiyi suallara qardaşı Cabir İmanov da daxil olmaqla 5 nəfər guya məsləhətləşib cavab verməlidir:
Sual: Planet Parni iz Bakunun gülüşünün sirri nədədir?
Cabiri qabağa verirlər.
Onun cavabı: Papanin. Əsl biabırçılıq.
Sual: 100 dolların üstündə olan Franklinin sifəti niyə yorğundur?
Cavab: Kişi o qədər qalxıb, düşüb ki, yorulub. Əsl biabırçılıq
Sual: Dünən oğlum olub, adını nə qoyum?
Sual: Nə üçün bizdə ən çox AYFON 6 alınır?
Cavab: Çünki bizdə Qalaaltı, qəlyanaltı, qapazaltı sözləri var. Biabırçılıq.
Cavab: Hələ qoyma, qoy bir az tranzitdə gəzsin, sonra qoyarsan. Yenə biabırçılıq
Sual: Əvvəlcə quş saxlayanlara quşbaz deyirdilər. İndi nə deyirlər?
Cavab: İndi quş saxlayanlara sponsor deyirlər. Biabırçılıq.
Məncə bu qrup da öz missiyasını başa çatdırıb. Baxmağım isə mənə gülüş əvəzinə əsəb gətirdi.
Bunlar ən azında yumorun ictimai yükünü bilmirlər.
P.S. Başqa bir məşhur qrup isə Bayram Nurlunu parodiya edir. Cəmiyyətə həqarətdir…
Tarix: 1-08-2020, 14:27