Rusiya şou-biznesində “Navai” təxəllüsü ilə fəaliyyət göstərən, əslən azərbaycanlı repçi Nəvai Bəkirov son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizin fotosunu paylaşıb.
UlduzumSan.Az xəbər verir ki, o, “Instagram” hesabında etdiyi paylaşıma bu şərhi yazıb:
“Siyasətin musiqi ilə əlaqəsi yoxdur, mən hamı üçün yazıram, onun dili və sərhədi yoxdur!
Ancaq mən azərbaycanlıyam və bununla fəxr edirəm, hər bir layiqli insan kimi mən də Vətənim üçün sona qədər getməyə hazıram.
Müharibəyə və zorakılığa qarşıyam.
Cəbhədə gənc oğlanlar həlak olurlar, axı onları evdə valideynləri gözləyir... Bundan ürəyim parçalanır... Bunu dayandırın!
Allah şəhidlərimizə rəhmət eləsin!” oxu.az
Tarix: 17-07-2020, 09:11