Rəqsanə 3 ay sonra ilk dəfə toyda: "Ürəyim sizin yanınızdadır..."



Rusiyada koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı qadağan edilən toy məclislərinə artıq icazə verilib.
Open.az xəbər verir ki, Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova 3 aylıq fasilədən sonra ilk toyda iştirak edib.
Sənətçi ötən gün baş tutan toydan görüntüləri "İnstaqram" səhifəsində yayımlayıb və bu sözləri yazıb:.
"Bakıdakı bütün musiqiçi və sənətçiləri salamlayıram. Çətin günlər geridə qalacaq və siz də balalarınıza çörək aparacaqsınız. Toya qayıtsam belə, ürəyim sizin yanınızdadır. Bu günləri sizin də yaşamağınızı istəyirəm. Üç ay əvvəl çox ağır bir dönəmi geridə qoyduq. Xəstəlik oldu, hər yer bağlandı və insanlar çətin anlar yaşadı. İndi biz normal həyata qayıtdıq. Həyatımız olsa da, yaşamağımız çətinləşmişdi. Hazırda Azərbaycanda vəziyyət o qədər də yaxşı deyil. Xalqıma səbr diləyirəm".
Tarix: 9-07-2020, 12:12
Xəbəri paylaş



Xəbər lenti