“10 il əvvəl söyləmişdim ki, oğlumun müğənni qızla evlənməsinə icazə vermərəm. O vaxtdan bu söhbət həmkarlarım arasında və mediada müzakirə olunur. Bir müddət öncə efir vasitəsilə sənət yoldaşım Mətanət İsgərdərlinin ATV-də yayımlanan “7 canlı” verilişində dediyi “Belə fikirləri bir sahəyə aid etmək olmaz. Bu, tamamilə səhv düşüncədir. Əgər özün bu sənətdəsənsə, sənətinə hörmətlə yanaşmalısan. Başqalarını da çağırmalısan ki, sənətinə hörmət etsinlər. Bu cür fikirlər söyləyən özünü hörmətdən salır. Əgər pisdirsə, o zaman niyə bu sənətə gəlmisən?” fikirlərinə cavab verəcəm. Bunlar o qədər qarınları qurdludur ki, guya mənim dediklərimi başa düşmürlər”.
Oxu.Az xəbər verir ki, bunu Əməkdar artist Elnarə Abdullayeva ATV telekanalında yayımlanan “Zaurla Günaydın” səhər şousunda qonaq olarkən deyib.
Sənətçi həmkarı - Əməkdar artist Mətanət İsgəndərlinin bir müddət öncə səsləndirdiyi qalmaqallı fikirlərə sərt şəkildə etirazını bildirib:
“Hamı bilir ki, “oğlumun müğənni qızla evlənməsinə icazə vermərəm” sözləri mənə aiddir. Mətanət efirdə çıxıb adımı çəkmədən mənə söz atır. Guya sən bilmirsən ki, bunu mən demişəm? Heç kimin qarşısını kəsməmişəm.
Kim istəyir, getsin, oğlunu müğənni qızla evləndirsin. Bu, sizin şəxsi işinizdir. Pis mənada deməmişəm. Əgər pis mənada başa düşürsünüzsə, deməli, siz pissiniz ki, bunu pis də anlayırsınız. Siz kimsinizsə, o mənada başa düşürsünüz!
Bu söylədiklərim tək Mətanət İsgəndərliyə yox, bir çox müğənnilərə aiddir. Sonuncu dəfə xəbərdarlıq edirəm. Heç kimin bostanına daş atmıram. Ağıllı söz danışanda niyə hamı tərəfindən qalmaqallı məsələ kimi qələmə verilir? Bax, bu məsələlərə gör heç bir həmkarımla efirə çıxmaq istəmirəm, çıxmıram. Olmaz belə danışmaq. Sənət yoldaşlarımı qınayıram. Siz bilirsiniz axı, həmkarlarımın xətrini çox istəyirəm. O qədər danışacaqsınız ki, valı dəyişib, başqa şeylər deyəcəyəm. Hamı bilə-bilə ki bu sözlər mənə aiddir, adımı çəkmirlər. Özlərini hamıdan ağıllı, dərrakəli göstərmək istəyirlər.
Başından böyük cavab versə, qarşısında məni görəcək. Nə lazımdırsa, sözümü deyəcəyəm. Bütün aparıcılara da buradan səslənirəm ki, söylədiyim fikirləri efirdə deyəndə adımı da çəkin”.