"Arka Sokaklar" bu səhnə ilə gecəyə damğa vurdu - VİDEO

 
10 ildən çoxdur ki, yayımlanan "Arka Sokaklar" serialında təsirli səhnələrə yer verilib.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ekran işinin 553-cü seriyasında Hüsnü obrazı koronavirusa qalib gələrək evə buraxılıb.
Serialda koronanavirusla bağlı marifləndirici kadrlar yer alıb. Sonda Zeliha obrazının dilindən təsirli nitq təqdim edilib.
"Neçə insanın həyatını itirdiyi bəllidir. Amma neçə insanın gözü yaşlı qaldı? Saya bilmərsiniz, mümkün deyil. Reanimasiyada neçə insanın yatdığını bilirik, amma onları neçə insan gözləyir, bilirsiniz? Delfinlər inciməsin, amma mən sahildə insanları da görmək istəyirəm", - İfadələrinin işdədildiyi səhnə sosial şəbəkələrdə yayılaraq gecənin ən çox izlənilən videosu olub.


Tarix: 26-05-2020, 09:53
Xəbəri paylaş



Xəbər lenti