“Ömür boyu özümdən narazıyam. Nadir hallarda öz çıxışlarımı efirdən izləyirəm. Baxanda da çox çətinliklə seyr edirəm”.
Bu sözləri Əməkdar artist Könül Kərimova “Xəzər” televiziyasında yayımlanan “X maqazin” proqramında deyib.
Özünü sevmədiyini deyən sənətçi müsahibələrində dilə gətirdiyi fikirlərə görə peşmanlıq çəkdiyini söyləyib:
“Qəlbli çirkli insanlar hər zaman pis şeyləri axtarıb tapırlar. Ondan isə zövq alırlar. Ona görə belə insanlara əhəmiyyət vermirəm”.
Dəbdəbəli villasındakı qırmızı rəngli boş kreslonun fotosunu sosial media hesabında paylaşan K.Kərimovanın bu addımını izləyicilər birmənalı qarşılamayıb, tənqid ediblər. Müğənni bu addımını belə şərh edib:
“O qədər cılız düşüncəli insanlar var ki... Yazıqdırlar! Gecə olanda hamı yatır. Stul, divan isə boş qalır. O mənzərə mənə çox xoş gəlir. Ora baxanda hüzur tapıram. Hətta o şəkli paylaşanda yazdım ki, “Gecəniz xeyrə qalsın, getdim yatmağa”.
Gör, bu şəkli necə səhv şəkildə şərh edib, özlərinə sərf edən kimi başqa yerlərə yozdular”.