Müğənni Roza Zərgərli ilə stilist Anara Ağakişiyev arasında olan qalmaqal yenidən gündəmə gəlməyə başlayıb.
Lent.az-ın canlı yayımında qonaq olan Roza bildirib ki, incik olduğu Sevinc-Sevil Səfərova bacıları və stilist Anar Ağakişiyevlə heç vaxt barışmayacaq:
"Mən çox kinli insanam. Həyatda çox səbirli insanam. Mənim üzüm bir insandan döndüsə, o, mənim üçün bitdi. Övladlarıma da bunu demişəm. Həyatımda elə insanlar var ki, onları silmişəm. Hətta son nəfəsimdə Əzrail desə ki, bu insanları bağışla, bağışlamayacam. Bağışlamayacağım insanlar arasında şou-biznesdə olanlar da var, kənarda olanlar da. Şou-biznesdə heç vaxt bağışlamayacağım Sevinc-Sevil bacıları və stilist Anar Ağakişiyevdir. Səbəblərini açıqlamayacam. Onları bağışlamayacağam. Ölüləri diriltmək lazım deyil. Hətta bu yaxınlarda əkiz bacılar maqazin verilişində barəmdə kübar danışdılar. Amma barışmayacağam".
Qarşı tərəfdən də cavab gecikməyib. Anar Rozaya yazığı gəldiyini bildirib:
"Bilirdim ki, fanatımsınız, mənsiz qala bilmirsiniz, müsahibələrimi oxuyub, ifadələrimi əzbərləyirsiniz. Amma bu dərəcədə də yox. "Ölüləri diriltmək" mənə məxsusdur. Bunu mən kəşf etməsəm də, son günlərdə bu ifadəni mən işlətmişəm. Məndən sonra ehtiyac yox idi. Sizə yazığım gəlir, nə sənətiniz yoxdur, nə hit mahnılarınız yoxdur. Sağ olun, uğurlar. Adamın sizə gülməyi gəlir".