Məşhur hind aktyoru Rişi Kapur vəfat edib

         
Məşhur hind aktyoru Rişi Kapur vəfat edib
Hindistanın tanınmış aktyoru Rişi Kapur vəfat edib.
APA-nın xəbərinə görə, NDTV telekanatının məlumatında bildirilir ki, R. Kapur 68 yaşında Mumbai şəhərindəki klinikalardan birində xərçəngdən dünyasını dəyişib.
Bollivudun məşhur aktyorlarından olan R. Kapur görkəmli aktyor və rejissor Rac Kapurun oğludur.
R. Kapura uğuru baş rolda çəkildiyi “Bobbi” filmi (1973) qazandırıb. Filmin rejissoru R. Kapur olub. Həmin il R. Kapur Hindistanda ilin aktyoru seçilib.
Bundan başqa, onun çəkildiyi “Qisasçı”, “Ömər, Əkbər, Antoni”, “Məhəbbət xəstəliyi” və digər filmlər dünyada, xüsusən də keçmiş SSRİ məkanında çox sevilib
Tarix: 30-04-2020, 14:07
Xəbəri paylaş



Xəbər lenti