Deputatın qızı ,Xalq artisti Aygün Səmədzadə Aygün Bəylərin erməni ifaçı ilə duetində pis heç nə görmür-VİDEO

 

Karantin günlərində qaralama kampaniyasının növbəti qurbanı Əməkdar artist Aygün Bəylər olub. Belə ki, uzun müddətdir efirlərdən uzaq düşən xanəndənin İlona Nersesyan adlı Bakı ermənisi ilə Rusiyada məclislərin birində lentə alınan dueti ortaya çıxarılıb.

 
Publika.az xəbər verir ki, çıxışlarında kanallardan incikliyini dilə gətirən müğənninin “Tut ağacı” kompozisiyasını erməni ifaçı ilə səsləndirməsi sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.
 
Mövzu ilə əlaqədar əsərin müəllifi, Xalq artisti Aygün Səmədzadə ilə əlaqə saxladıq. Bəstəkar son günlərdə sənət adamları ətrafında yayılan xəbərlərin onları gözdən salmaq məqsədi daşıdığını bildirdi. Musiqiçi sözügedən tədbirdən xəbəri olmadığını deyərək əlavə etdi ki, peşəkar sənətkarlar ətrafında xoşagəlməz xəbərlərin yayılması yaradıcı insan kimi onu həm narahat, həm də məyus edir:
 
 
 
“Aygün Bəylərin sənətinə böyük hörmətim və sevgim var. Yaradıcılığımda müstəsna yeri var. O, çox gözəl ifaçıdır, onun səsinin və mənim mahnımın qarşısında düşmən millət belə acizdir. Erməni ifaçıları sənətlərinin kasadlığından Azərbaycan musiqisini oxumağa və oğurlamağa məcburdurlar. Çünki oğurluq onların artıq xislətindədir... Hər hansı xarici ölkədəki tədbirə müxtəlif ifaçılar dəvət oluna bilər. Bu halda Aygün Bəyləri ittiham etmək hesab edirəm ki, doğru olmazdı. Aygün Bəylər erməni mahnısı oxusaydı, mənə toxunardı. Amma hansısa müğənni onun səsinə və mənim mahnıma heyran olub “Tut ağacı”nı oxuyubsa, Aygün Bəylərin nə günahı var.
 
Bilirəm ki, bu sənət adamlarına qarşı qurulan təxribatdır. Mövzu qıtlığından indi Aygün Bəylərin hansısa naməlum videosunu ortaya atıb söhbəti böyütmək istəyirlər”.
 


Tarix: 27-04-2020, 17:43
Xəbəri paylaş



Xəbər lenti