ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Aytac Vidadiqızı olub.
Müğənni şəxsi həyatından danışıb:
“Qısqanclıq hərdən olur. Bəzən olur deyir ki, belə olmasın, elə olsun. Biz belə şeyləri keçmişik, artıq 2 övladımız var. Ailə müqəddəsdir. Ailəmə çox bağlı xanımam. Sənətçi üçün çox çətindir. Amma bacardığım qədər ailəmi qoruyuram”.
Aytac Vidadiqızı saxta evliliklərdə də söhbət açıb:
“Saxta evlilikləri kim təşkil edirsə öz-özünü aldadır. O da insanın özünə ziyandır. Hər şey qayda-qanunla olmalıdır. Nigah mütləq olmalıdır. Uşaq nigah olandan sonra dünyaya gəlməlidir. Ana-ata birinci övladını fikirləşməlidir”.