Ucuz ət var ki, şorbası da olsun? - Yediyimiz kolbasanın içindəki NƏDİR?

Bu gün mağazalarda ucuz qiymətə kolbasa, sosiska məmulatları satılır. Məhsulu əlinə alıb, üzərindəki etiketi oxuduğun zaman tərkibində ət və ya toyuq əti olduğunun qeyd edildiyini görürsən. Ətin kiloqramı 15 manat, toyuq 7-8 manata satıldığı halda ətdən hazırlanan bu məhsulların ət və toyuqdan ucuz olması doğrusu şübhə yaradır. Alıb yediyimiz nə ətidir, ətdirmi və yaxud sağlamlığımızı hansı təhlükə gözləyir? Bunu bilmirik.
Hansı məhsullara etibar etməliyik?
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan da 20-dən çox kolbasa və ət məhsulları istehsal edən müəssisə var. Lakin bu müəssisələrdən çox az bir hissəsi tam standartlara uyğun normal ətdən kolbasa, sosiska istehsal edir.
“Təsadüfi deyil ki, 2013-cü ildə Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyi "Azad İstehlakçılar Birliyi"nə müraciət etdi. Və biz xarici mütəxəssislərin iştirakı ilə iki müəssisəyə Azərbaycanda qida təhlükəsizlik nişanını təqdim etdik. Bu müəssisələr hazırda işləyirlər”-deyə Eyyub Hüseynov əlavə edib.
Eyyub Hüseynov bildirib ki, əhalinin kolbasa məmulatlarının qiymətinin həddən çox ucuz olması barədə hər həftə telefon zəngləri alır. Ekspert qeyd edib ki, əhali kolbasa ətini bazardan aldıqları ətlə müqayisə edir. Əslində isə, Azərbaycana Hindistandan və Braziliyadan çox ucuz qiymətə ət daxil olur. Bu ətlər təmiz ətlərdir. Onlar qabırğarası ətlərdir. İnsanların almaq istəmədiyi hissələr Azərbaycana gətirirlir. Və həmin ətlə də, bu məmulatlar hazırlanılır.
Eyyub Hüseynov vurğulayıb ki, eyni zamanda Daxili İşlər Nazirliyinin dəfələrlə ifşa etdiyi kimi regionlardan “murdar olmuş” heyvan ətlərinin gətirilməsi faktı da var.
“Heyvanların yeyilməyən yerlərini, dərisinin kolbasa məmulatlarına qatılması məsələsi də var. Xüsusilə xaricdən gələn məmulatlarda bu özünü daha çox göstərir. Biz görürük ki, bəzi yerlərdə metro çıxışlarında “8-ci kilometr” bazarında qızardılmış, insanı cəlb edən kolbasalar satılır. Bu məhsulların üzərində heç bir etiketi olmur. Bunlar əlbəttə təhlükəlidir. Eləcə də xaricdən gətirilən kolbasa məmulatları heç arzu olunan deyil”-deyən ekspert bildiirb ki, istehlakçılar yerli məhsullara üstünlük verməlidir. Çünki Azərbaycanda da, tam standartlara uyğun, təmiz ətdən kolbasa və sosiska məmulatları istehsal edən müəssisələr mövcuddur. Onlara üstünlük verilməlidir.
Ekspert vurğulayıb ki, istehlakçılar kolbasa və sosiska məmulatları alan zaman onların istehsal tarixi ilə istehsal müddəti arasında müddətə baxmalıdır. Müddəti az olan məhsullara üstünlük verilməlidir.
“Bu məsələ toyuq məhsullarında da var. Toyuğun budu, döşü ayrılır. Əksər hallarda başqa məqsədlərlə istifadə olunur, yüksək qiymətə ayrıca satılır. Qalan hissələrinin əti çıxarılır, kolbasa istehsalında istifadə olunur”-deyən ekspert bildirib ki, bu prosesə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir.
Tarix: 25-05-2024, 09:20
-
Dünən, 23:27
“Aqrar Tədarük və Təchizat” ASC ilə “Araz” və “OBA” marketlər şəbəkəsi əməkdaşlığa başlayıb “
-
Dünən, 23:20
Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
-
Dünən, 23:07
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi - FOTO
-
Dünən, 22:53
Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş
-
Dünən, 15:17
ƏT BAHALAŞDIQCA KOLBASA BAZARI BÖYÜYÜR... – Bu artım nədən xəbər verir?
-
Dünən, 15:09
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Dünən, 14:54
David Seliverstov Çingiz Qənizadəni məhkəməyə verdi
-
Dünən, 14:31
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Dünən, 14:28
Şəhəri niyə PİS GÜNƏ SALIRLAR... - Şəhəri beləmi salarlar?
-
Dünən, 09:31
Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
-
Dünən, 09:29
Əgər neftin cəfasını BİZ ÇƏKİRİKSƏ... - NARAZILIQ VAR...
-
Dünən, 09:20
"Ukrayna müharibəsinin həlli zaman məsələsidir" - Vens
-
Dünən, 09:17
Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, ...
-
Dünən, 09:01
BAKIDA DƏRİNLƏŞƏN PARKİNQ PROBLEMİ – Avtomobil saxlamağa yer tapılmır, nə etməli?
-
21-09-2026, 22:17
AZƏRBAYCANDA ƏN YÜKSƏK PENSİYANI KİMLƏR ALIR? – Və ya daha çox pensiya almaq üçün nə etməliyik?
-
21-09-2026, 21:52
Müəllimin vəzifəsi öyrətməkdir, “yoxdan adam etmək” deyil!
-
21-09-2026, 18:58
Qaçın, direktor gəldi... qaçın, direktor getdi... - BU NƏDİ BELƏ?
-
21-09-2026, 18:51
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
-
21-09-2026, 15:57
Supermarketlərdə endirim oyunu: Alıcıların 81 faizi kassada fərqli qiymətlə üzləşir
-
21-09-2026, 15:54
Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
-
21-09-2026, 15:50
“Ay nazirlər, hünəriniz çatırsa, gedin özünüz camaat içinə çıxın”
-
20-09-2026, 22:37
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
-
20-09-2026, 22:34
Rayon sakinləri icra başçısını topa tutdu - “Nə kömək göstərdi, nə də...”
-
20-09-2026, 22:28
PANDEMİYA bəhanəsi keçərsiz olanda məsələni təhlükəsizliklə bağlamağa çalışırlar
-
20-09-2026, 22:11
KARTDAN-KARTA KÖÇÜRMƏLƏRƏ QOYULAN LİMİT NƏYİ DƏYİŞDİ? – Ekspertdən AÇIQLAMA
-
20-09-2026, 12:53
Moskvaya kütləvi PUA hücumu olub, ölənlər var
-
20-09-2026, 12:50
Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
-
20-09-2026, 12:47
Xaçmazın məşhur küçəyə zibil atan məmuru indidə PUB-da mahnı oxuyur - VİDEO
-
20-09-2026, 12:45
Kölgəli media maqnatının QALMAQALLI DOSYESİ - Nəqliyyat sistemindən boş vədlərə, oradan holdinq rəhbərliyinə
-
20-09-2026, 12:44
Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video