Keçən il sadələşdirilmiş formatda 66 ölkəni, daha əvvəl isə 64 ölkəni ziyarət edə bilirdik Beynəlxalq “Henley&Partners” konsaltinq şirkətinin Pasport İndeksində bildirilir ki, Azərbaycan vətəndaşlarının 68 ölkəni ziyarət etməsi üçün vizaya ehtiyacı yoxdur. Bu İndeks vətandaşlığı tamamilə praktik baxımdan araşdırır. İndeksin müəllifləri insanların özlərinə yaşamaq üçün ən yaxşı ölkə seçməsini deyil, müəyyən bir pasportun təqdim etdiyi imkanları müəyyənləşdirməyi qarşısına məqsəd qoydular. Cəmi 185 ölkənin vətəndaşlığı təhlil edildi və nəticədə dörd keyfiyyət kateqoriyasına ayrıldı: “çox yüksək”dən “aşağı”ya qədər.
“Azərbaycan reytinqdə bir pillə yüksəldi və vətəndaşlarının dünyanın 68 ölkəsinə gələrkən vizasız və ya vizanı gəldiyi ölkədəki havva limanında alaraq, səyahət etmək qabiliyyəti ilə 74-cü yeri tutdu. 2021-ci ilin yanvarından martınadək olan dövrdə Azərbaycan Qambiya ilə vizasız gəiş-gediş müqaviləsi imzaladı”, - bu ilin ikinci rübünün yenilənmiş Pasport İndeksində deyilir.
Yapon pasportu indeksdə hələ də birinci yerdədir, yəni xarici vətəndaşların Yaponiyaya girişinə qoyulan qadağaya baxmayaraq, dünyanın 193 ölkəsinin sərhədləri Yaponiya vətəndaşları üçün açıqdır. İkinci yerdə dünyanın 192 ölkəsinə vizasız səyahət imkanı açan Sinqapur pasportu gəlir. Üçüncü pillədə Almaniya və Cənubi Koreya (191) qərarlaşır.
Avrasiya Miqrasiya Təşəbbüsləri Platformasının qurucusu, Dövlət Miqrasiyası Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənovun AYNA-ya dediyinə görə, reytinqi tərtib edərkən dünya vətəndaşlığı indeksinin müəllifləri hər biri bir insanın həyatına təsir edən bir çox faktoru nəzərə alıblar: “Bunlardan daxili və xarici olaraq bölünə bilən əsas yeddi faktor müəyyən edildi. Birinci qrupa iqtisadiyyatın miqyası, insan inkişafı, ictimai asayiş və sabitlik, ikincisinə - yaşayış və turizm üçün mövcud olan ölkələrin sayı, eləcə də inkişaf səviyyəsi daxildir”.
Mütəxəssisin fikrincə, ölkəmizin dünyanın 68 ölkəsinə sadələşdirilmiş girişinə şahidlik edən 74-cü yeri mövqelərin keçən ilə nisbətən yaxşılaşdığını göstərir: “Axı xatırlayırsınızsa, keçən il sadələşdirilmiş formatda 66 ölkəni, daha əvvəl isə 64 ölkəni ziyarət edə bilirdik. Vətəndaşlarımızın vizasız və ya sadələşdirilmiş viza sistemi ilə daxil ola biləcəyi ölkələrin sayı ildən-ilə artır və bu, ümumilikdə reytinqdəki artan mövqelərə təsir edir. Təbii ki, bu, ölkəmizin sıralamadakı mövqeyinə təsir göstərir”.
“Son iki və ya üç il ərzində bu cür ölkələrin sayında müəyyən bir dəyişiklik olubsa, bu və ya digər şəkildə mövqelərin yaxşılaşmasına təsir göstərir və bu vəziyyətdə hər hansı bir yaxşılaşma müsbət bir məqamdır. 68 ölkəyə girişin asanlaşdırılmasından danışarkən, ilk növbədə, vətəndaşlarımızın vizasız daxil ola biləcəyi, ikincisi, sadələşdirilmiş sistem çərçivəsində gəlişindən sonra viza ala biləcəyi ölkələri nəzərdə tuturuq. Üçüncü göstərici viza tələb olunduğu zamandır. Sözügedən ölkələrin sayı qeyd olunan iki giriş şərtinə uyğundursa, təxminən 130 ölkənin vətəndaşlarımızın gəlişindən əvvəl viza almaq proseduru əsasında daxil ola biləcəyi ölkələr olduğu ortaya çıxır”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, bu reytinqdə liderliyin dəyişdiyini söyləmək mümkündür: “Bu gün pasportlarının “gücü” ilə maraqlanan ölkələr arasında yüksək göstərici hüququ üçün bir növ rəqabət gedir. Bu səbəbdən ilk üç və ilk beş lider davamlı olaraq dəyişir. Ölkəmiz hələ bu yarışda iştirak etmir, lakin buna baxmayaraq, Azərbaycanın mövqelərinin ilbəil yaxşılaşması hökumətin pasportumuzun mövqeyini gücləndirməyi hədəf aldığını göstərir. Çalışırıq ki, vətəndaşlarımızın vizasız daxil ola biləcəyi və ya onları almaq üçün sadələşdirilmiş sistemdən istifadə edə biləcəyi ölkələrin sayı çox olsun”.
Allahverənov hesab edir ki, pandemiya mobillik və qlobal miqrasiya mübadiləsinə mənfi təsir göstərib: “Bir çox dövlətlər öz sərhədlərini bağladı, bu da əhalinin hərəkətliliyinə təsir etdi və miqrasiya mübadiləsinin kəmiyyət göstəricilərini azaltdı. Bu, təbii olaraq Pasport İndeksindəki ölkələrin yüksək reytinq uğrunda yarışına təsir etdi. Bu, ölkələrin viza rejiminin yaxşılaşdırılması və ya tamamilə ləğvi ilə bağlı tədbirləri məqsədyönlü şəkildə həyata keçirdiyi proseslərə təsir etdi. Çünki pandemiya zamanı miqrasiyanın hökumətin səylərini reytinqdəki göstəriciləri yaxşılaşdırmaq baxımından təsir edəcəyi bir ehtiyac və şərt yox idi”.
Qeyd edək ki, Pasport İndeksi beynəlxalq münasibətləri və ölkələrin dünya arenasındakı vəziyyətini əks etdirən, vətəndaşların sərbəst hərəkət etmə azadlığı baxımından ölkələrin ilk beynəlxalq reytinqidir. 2018-ci ildən bəri ölkələrin vizasız rejimindəki dəyişikliklər barədə operativ məlumat vermək üçün Pasport İndeksi hər rübdə bir dəfə yenilənir.
Tarix: 25-04-2021, 23:52