Ağciyər Xəstəlikləri İnstitutunun direktoru haqda Baş nazirə şok – Məktub

           
Ağciyər Xəstəlikləri İnstitutunun direktoru haqda Baş nazirə şok – Məktub
“Əli Əsədov! İlk öncə yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən təşkil edilən səmərəli preventiv tədbirlərə, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki təchizatının təkminləşdirilməsi təşəbbüsünə və ən əsası gözəgörünməz bəla ilə mübarizəyə səfərbər olmuş tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul edilən ədalətli qərarlara görə başda Cənab Prezidentimiz İlham Əliyev olmaqla, sizə və bütün əməyi keçən hər kəsə öz dərin minnətdarlığımı bildirirəm”.

Reportyor.info xəbər verir ki, bunu Baş nazir Əli Əsədova məktubunda Zeynalov Samir Şahbaz oğlu yazıb. Onun sözlərinə görə, ölkə başçımızın da qeyd etdiyi kimi “biz bu sınaqdan şərəflə çıxacağıq”.

S.Zeynalov bildirir ki, prezident pandemiya ilə mübarizənin ön cəbhəsində, çətin əmək şəraitində çalışan tibb işçilərimizin zəhmətini xüsusi dəyərləndirərək onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 18 mart 2020-ci il tarixli 1947 nömrəli sərəncam imzalayıb:

“Sizin rəhbərliyinizlə qeyd olunan sərəncamın icrası məqsədilə 25 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinenti tərəfindən 112№-li qərar qəbul edildi.

Sözügedən qərar yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əhatə dairəsini konkret və ədalətli şəkildə müəyyənləşdirdi.

Lakin təəssüflə bildirmək istəyirəm ki, qeyd olunan mühüm qərarların icrası “Xüsusi Rejimli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun” tibb heyyətinə münasibətdə bu günə qədər süni və xoşagəlməz səbəblərdən dolayı gecikir. Demək olar ki, respublika üzrə virusa yoluxmuş ən ağır xəstələrin intensiv müayinə və müalicəsi bu institutda həyata keçirilir.

Buna baxmayaraq, əmək fəaliyyətinin son yaş həddini keçmiş- 2017-ci ilin fevral ayından etibarən qeyri-adekvat şəkildə instituta rəhbərlik edən və bu günə qədər əksər işçilərə qarşı qeyri-loyal, qərəzli və utancverici münasibətilə seçilən Qədirova Həqiqət Əbdül qızı, bu gərgin dönəmdə belə öz ənənəsinə sadiq qalmağı özünə borc bilərək qeyd olunan problemin yaşanmasına baiskarlıq edir.

Artıq 3 ildir ki, sözügedən institutda işçilərə qarşı sağlam münasibətin meyarını Həqiqət Qədirovanın qanunsuz əməllərinə susmaq, dözmək və ən önəmlisi ona məddahlıq etmək təşkil edir.

Məlum şəxs onunla razılaşmayan, onun arzuedilməz əməllərini görməzdən gəlməyən hər kəsi özünə düşmən bilərək, tabeliyində çalışan şəxslərin etibarından mütəmadi olaraq sui-istifadə edir, etimad prinsipini aradan qaldırır,işçiləri davamlı təzyiq və təhdid altında saxlamaqla birmənalı şəkildə bu xoşagəlməz vəziyyətin sabitliyindən zövq alır. Bu barədə geniş şəkildə nəql etmək olar.

Lakin bu gün çətin əmək şəraitində çalışan və özəlliklə bu çətin dönəmdə belə direktor Həqiqət Qədirovanın haqsızlıqlarından sığortalanmayan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyyətinin sosial müdafiəsinin gücləndirilməsilə istiqamətində yaşanan xoşagəlməz vəziyyət, eləcə də institut rəhbərliyi tərəfindən institutda tibbi işin təşkili ilə bağlı sanitariya-epidemioloji qaydalara ciddi şəkildə riayət edilməməsi, bu baxımdan aradan qaldırılması zəruri olan çatışmazlıqlara qarşı tədbirsizliyin mövcudiyyəti narahatçılığa daha çox əsas verir.

Əvvəllər Respublika QİÇS-lə Mübarizə Mərkəzinə rəhbərlik edən və özünü bu vəzifədə təsdiq edə bilməyərək, sözügedən tibb müəssisəsində çalışan işçilərin nifrətini qazanmağa qabil olmuş Həqiqət Qədirova, bu gün analoji dramatik əməli fəaliyyətini Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda icra edir.

Onun rəhbərlik etdiyi sözügedən tibb müəssisəsində bu günə qədər əsasən reanimasiya şöbələrində anti-sanitariya hökm sürür. Həyəcan doğuran məqamlardan biri isə budur ki, hazırda instituta təxliyə edilmiş və müalicəsi aparılan (COVİD-19) infeksiyasına yoluxmuş xəstələr ilkin olaraq reanimasiyada yatan digər xəstələrlə təmasda olaraq, həm xəstələr və həm də biomühafizəedici geyim və eynəklərlə təmin olunmamış tibb işçiləri üçün potensial riskə çevrilirlər.

Bu qeyri-adekvat reallıq isə onu deməyə əsas verir ki, xəstəxana direktor Həqiqət Qədirovanın sayəsində epidemiyanın episentrinə çevrilib. Təsadüfi deyil ki, onun səhlənkarlığı və yarıtmaz idarəçilik fəaliyyəti institutda keyfiyyətli tibb xidmətin təşkili təminatına ciddi şəkildə zərər vuraraq cari ilin yanvar ayında 19, fevral və mart aylarında 7, ümumilikdə 26 nəfər xəstənin həyatına son qoydu. Təəssüf və hiddətdoğurcu statistikadır…

Xalqımzıın sağlamlığını möhkəmlətməyə, xəstəliklərin profilaktikasına, insanların yaşayış mühitini və həyat fəaliyyəti şəraitini sağlamlaşdırmağa dair dövlətimiz tərəfindən əsaslı və zəruri təbdirlərin görülməsi istiqamətində proqramların hazırlanmasına baxmayaraq, bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru H.Qədirovanın anti-milli duyğularla zəngin; qərəzli və dözülməz rəhbərlik fəaliyyəti qeyd olunan müsbət təşəbbüslərlə uzlaşmır desəm, yanılmaram.

Yuxarıda da qeyd etdiyim kimi pandemiya ilə mübarizənin hazırkı dönəmində instituda çalışan tibb işçiləri və müalicə alan digər xəstələr koronavirus (COVİD-19) infeksiyasına yoluxmaq təhlükəsi qarşısındadırlar. Bu fakt isə əsassız risk deməkdir ki, bu da həkimlərin etik davranış qaydalarına və tibb müəssisəsinin rəhbərinin nümunəvi vəzifə təlimatının müddəalarına ziddir.

Nəzərə almaq vacibdir ki, bu gün ölkəmizdə mövcud virusa yolxumuş- sayı 10-la ifadə edilən tibb işçisi var. Şübhəsiz hazırkı vəziyyətdə ilk növbədə tibb işçilərinin biotəhlükəsizliyi və virusa yoluxduğu üçün hospitalizasiya edilmiş xəstələrin səmərəli izoliyasiyası istiqamətində operativliyin təşkili, pandemiya ilə mübaziədə uğurlu nəticənin əldə edilməsi naminə vacib əhəmiyyət kəsb edir.

İnstitut rəhbərliyinin qeyd edilən normalara adekvat sayılmayan fəaliyyətinin yaratdığı acınacaqlı və təəssüfdoğurucu fəsadlara baxmayaraq, bu gün institutun hər bir tibb işçisi gözəgörünməz bəla ilə mübarizəyə şərəflə müntəzir olub. Usandırıcı, ağır və namünasib əmək şəraitinə baxmayaraq onların hər birini tərəddüdsüz qəhrəman hesab etmək mümkündür.

Onlar təkcə insanların sağlamlığın keşiyində dayanmırlar. Onlar institutun hər bir primtiv və böyük çatışmazlığının aradan qaldırılması istiqamətində qazandıqları əmək haqqı hesabına həmrəy olmağı bacarırlar. Yetər ki, xalqımız sağlam olsun, xəstələrin sayı azalsın amalı ilə hər gün onlar özlərini və ailə üzvlərini təhlükə altında qoymaqdan çəkinmirlər.

Belə tibb işçilərindən institutun Klinki Diaqnostika Laboratoriyasının həkim-laborantı- hər gün xeyli sayda koronavirus infeksiyasına yoluxmuş xəstənin bioloji nümunəsini müayinə edən Aynur Əsədlini, Uşaq Vərəmi Şöbəsinin həkimi-tibb elmləri namizədi Səbinə Məmmədovanı, Xüsusi Təhlükəli İnfeksiyalar Şöbəsinin müdiri- həkim-pulmonoloq Sevda Mustafayevanı, eləcə də Milli İstinad Laboratoriyasının tibb heyyətini qeyd etmək mümkündür.

Dinindən, irqindən, milliyyətindən, sosial mənsubiyyətindən aslı olmayaraq bu gün hər bir Azərbaycan vətəndaşının sağlamlığı naminə fədakar mübarizə sərf edən tibb işçilərimizə hər birimizin minnətdarlıq borcu var. Ən önəmlisi ona görə ki, bu gün onlar mövcud olan kifayət qədər çatışmazlıqlara baxmayaraq əzmlə çalışırlar və ümidlidirlər.

Onlar əmindirlər ki, dövlətimizin qayğı əhatəsindən kənarda qalmayacaqlar və direktor Qədirova Həqiqət Əbdül qızının milli təhlükəsizliyimizi təhdid altında qoyan qanunsuz əməllərinə tezliklə hüquqi qiymət veriləcək.

Cənab Baş Nazir! Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirovanın uzun müddəti əhatə edən xudbin niyyətli hərəkətləri işçilər arasında emosinal gərginliyin yaranmasına səbəb olub. Onun sayəsində bu gün işçilər arasında işini səbəbsiz yerə itirmək qorxusu mövcuddur ki, bu da onların xeyli müddətdir ki, aidiyyatı qurumlara fərdi və kollektiv qaydada müraciət etməsinə əngəl yaradır.

Bunun qeyri-mübhəm səbəblərindən biri də odur ki, əvvəllər edilmiş müraciətlərə, o cümlədən xanım Qədirova haqqında mətbuatda kifayət qədər faktioloji yazıların dərc edilməsinə baxmayaraq, onun haqqında heç bir zəruri inzibati tədbir görülməyib.

Odur ki, ictimai nəzarəti operativ, dürüst və qanuni əsaslarla həyata keçirdən Azərbaycan Respublikasının vətəndaşı kimi Azərbaycan Respublikasının ictimai iştirakçılıq qanununu və sanitariya-epidemioloji salamatlıq haqqında qanunun 31-ci maddəsini rəhbər tutaraq sizdən qeyd olunan arzuolunmaz faktlarla bağlı mümkün olan inzibati tədbirlərin əsaslı şəkildə həyata keçirilməsini xahiş edirəm”.
Tarix: 20-04-2020, 16:17
Xəbəri paylaş



Xəbər lenti