Provayderlər internet istifadəçilərinə kələk gəlir

Osman Gündüz deyir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi problemi araşdırmalıdır
Son günlər Azərbaycanın bəzi yaşayış məntəqələrində internetin zəif olması səbəbindən istehlakçı narazılıqları artıb. İnternet istifadəçilərinin sosial şəbəkələrdəki müraciətlərindən belə anlaşılır ki, provayderlər imzaladıqları müqavilədəki öhdəliklərini yerinə yetirmir, istehlakçılara nəzərdə tutulandan az həcmdə internet verməklə onların hüquqlarını pozurlar. Hətta bəzi istehlakçılar iddia edir ki, provayderlər onlara kələk gəlir, müqavilə üzrə ödədikləri vəsaitlərin müəyyən hissəsi mənimsənilir.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Reytinq” qəzetinin mövcud problemlə bağlı suallarını cavablanırarkən deyib ki, paketlərdə göstərilən sürətdən az internetin verilməsi ilə bağlı məsələni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi araşdırmalı və tədbir görməlidir:
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi monitoronqlər aparmalı, problemi araşdırmalıdır. Azərbaycanda internetin xüsusi çəkisi nazirliyin tabeliyində olan qurumlardadır. Pərakəndə internetin 65 faizini məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki müəssisələr təqdim edir. Söhbət “Aztelekom”, “Baktelekom” və “Azercell”dən gedir. Yəni bunlar dövlət şirkətləridir və həmin nazirliyə tabedirlər. Fikrimcə, nazirlik özü bunu araşdıra, sorğu keçirə və problemin nədən ibarət olduğunu ortaya çıxara bilər.
Aydındır ki, ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə istehlakçılar daha çox internet işlədir. Bununla bağlı resurslarda çatışmazlıqlar yaranır. Yəni trafik çoxalıb, insanlar daha çox istehlak edirlər. Əvəllər dövlət məmurları iş yerində işləyirdisə, bu, dövlət interneti idi. O cümlədən də özəl şirkətlər. Amma indi məmurlar, özəl şirkətlərin işçiləri ölkədəki karantin səbəbindən evlərindəki internetdən istifadə edirlər.
- Əgər vətəndaş müqavilə bağlayıb, konkret məbləğ ödəyirsə və bəlli sürətdə internetlə təmin edəcəyinə dair provayder şirkətləri öhdəlik götürübsə, indiki halda istehlakçı hüquqları pozulmurmu?
- Sözsüz ki, istehlakçının provayderlə bəlli müqaviləsi var. Bəlli ödəniş edir ki, konkret həcmdə internetlə təmin olunsun. Provayderin borcudur ki, bu sürəti ona çatdırsın. Əgər çatdırmırsa, deməli, istehlakçının hüquqları pozulur.
- Bu halda istehlakçı hara müraciət ünvanlamalı, onun internetlə bağlı problemini kim həll etməlidir?
- Birinci növbədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə. Həmçinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, nəhayət, məhkəməyə müraciət edə bilər. Beləcə, istehlakçı öz hüquqlarını tələb etməlidir.
Düşünürəm ki, indiki karantin rejimində həm dövlət qurumlarının, həm özəl firmaların, həm də internet istehlakçılarının problemləri həll edilməlidir. Bu işlərə cavabdeh olan nazirlik də baş verənlərin fərqində olmalıdır.
- İnternetin həcminin müqavilədə göstəriləndən az verilməsi artıq yüklənmə ilə izah edilirsə, buradan belə nəticə çıxmır ki, əslində internetin sürət həcmini 5 nəfərin əvəzinə 10 nəfərə satıblar?
- Əvvəllər onsuzda keyfiyyətsizlik var idi. Yəni sürət lazımi miqdarda istehlakçıya çatmırdı. Müxtəlif təbəqədən olan istehlakçılar əslində günün müxtəlif anlarında internetdən istifadə edirdilər. İndi böyük əksəriyyət evindədir və demək olar ki, internetdən eyni anda istifadə edirlər. Və bəlli olur ki, resurslar, şəbəkələrin gücləri məhdud imiş, yəni bunu ödəyəcək səviyyədə deyilmiş. Xüsusi karantin rejimi bu reallığı aşkara çıxardı. Hesab edirəm ki, nazirlik provayderlərlə toplantı keçirməli, tələbatın niyə ödənilmədiyini, kimin gücünün nə qədər olduğu müəyyən edilməlidir. Başqa sözlə, provayderlərin tələbatı ödəmək imkanının olub-olmadığı müəyyənləşdirilməlidir. Bəlkə provayderlər özləri qəsdən bunu almırlar?
Mən bildiyim qədər provayderlər ölkəyə interneti yetərincə gətirirlər. Yəni ölkəyə gələn internet sürəti kifayət qədərdir. Amma ikinci səviyyəli provayderlər bunu almaqda maraqlı deyirlər. Hesab edirəm ki, nazirlik tərəfindən bu məqamlar araşdırılmalıdır.
- Sizcə, məsuliyyət kimin üzərindədir?
- Bu sektora cavabdeh qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Birmənalı şəkildə. Həmçinin istehlakçıların hüquqlarını qoruyan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti var.
- İstehlakçılar məhkəməyə üz tutarlarsa, uğur qazanmaq perspektivi varmı?
- Sözsüz ki, belə bir perspektiv var. İnternetdə çatışmazlığı aşkara çıxaran kifayət qədər pullu və pulsuz proqramlar mövcuddur. Yəni bu proqramlar sayəsində internetin sürətini ölçmək və aktlaşdırmaq mümkündür. İstehlakçı vəkil ilə birgə bunları bir yerə toplayıb məhkəməyə müraciət edə bilər.
- Siz uzun illərdir bu sahə ilə məşğulsunuz. Azərbaycanda zəif internet problemi nə zaman öz həllini tapa bilər və müvafiq dövlət qurumları hansı addımı atmalıdır?
- Mən ümid edirəm və xüsusi karantin rejimi də göstərdi ki, Azərbaycan rəqəmsallaşmalıdır. Karantin rejimindən sonrakı dövrdə dünyada olduğu kimi, Azərbaycanda da bu sahəyə tələbat atacaq. Bundan başqa çıxış yolu da yoxdur. Düşünürəm ki, nazirlik bunun fərqində olmalıdır. Orada oturanlar da gördülər ki, rəqəmsallaşmaya, internetləşməyə nə dərəcədə ehtiyac var. Zənnimcə, hökumət poskoronavirus dövründə bunları nəzərə alacaq. Düşünürəm ki, hökumətin “Rəqəmsal Azərbaycan” adlı böyük proqram qəbul etməsi vacibdir.
Siam.az
Tarix: 14-04-2020, 20:56
-
Bu gün, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
Bu gün, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
Bu gün, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
Bu gün, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
Bu gün, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
Bu gün, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
Bu gün, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
Bu gün, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
Bu gün, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
Bu gün, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
Bu gün, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
Dünən, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar
-
Dünən, 22:29
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR..
-
Dünən, 14:46
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar
-
Dünən, 14:44
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... – Deputat bir, ekspert başqa fikirdədir
-
Dünən, 14:37
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
-
Dünən, 14:07
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir
-
Dünən, 14:02
Prezidentin Siyasətinə Zərbə Vuran Məmur: Sultanın Qanunsuzluq Şousuna Kim Dur Deyəcək?
-
Dünən, 11:03
“12 İL NATO BARƏDƏ NAĞILLAR EŞİTDİM...” - Zalujnıdan sensasiyalı açıqlamalar
-
Dünən, 10:58
"Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
-
Dünən, 10:08
Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar ləğv edilməlidir"
-
Dünən, 09:32
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
-
Dünən, 09:27
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
-
3-08-2026, 23:21
Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!
-
3-08-2026, 22:46
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur?
-
3-08-2026, 22:44
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
-
3-08-2026, 22:42
İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?
-
3-08-2026, 22:39
Səhiyyə Nazirliyinin tabeliyindəki qurum “Avromed”ə 1.7 milyon ödəyəcək
-
3-08-2026, 22:36
QHT-lərə Dövlət Dəstəyi Agentliyində saxta imza niyə araşdırılmır? -Cavabsız suallar dolu sükut davam edir...
-
3-08-2026, 22:34
117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO