Kanada Azərbaycana görə Türkiyəyə texnologiya ixracını dayandırır



Türkiyənin Bayraktar TB2 dronları Bakıda ötən ilin dekabrında keçirilən hərbi paradda nümyiş etdirilib
Türkiyənin Bayraktar TB2 dronları Bakıda ötən ilin dekabrında keçirilən hərbi paradda nümyiş etdirilib
Kanada NATO üzvü Türkiyəyə bəzi hərbi avadanlığın və texnologiyaların ixracını dayandırıb.
Bundan əvvəl bu ölkədə Kanada dron texnologiyasından Qarabağ mühariibəsində istifadə edilib-edilmədiyinə dair araşdırma aparılmışdı.
Hələ sözü gedən təhqiqatdan əvvəl, ötən ilin oktyabrında Türkiyəyə hərbi ixrac lisenziyalarının bəziləri ləğv edilmişdi.
Kanada tərəfi bildirir ki, Türkiyə Azərbaycana hərbi dronlarla dəstək verməklə həmin lisenziyaların şərtlərini pozub.
Kanada Türkiyəyə dialoq təklif edir
Kanadanın xarici işlər naziri Mark Qarnu aprelin 12-də deyib:
“Bu təhqiqat zamanı Türkiyəyə ixrac edilmiş Kanada texnolgiyasından Dağlıq Qarabağda istifadə edildiyinə dair sanballı sübutlar aşkar edilib. Buna görə mən 2020-ci ilin payızında dayandırılmış ixracın tam ləğv olunmasına qərar vermişəm”.
Nazir bildirib ki, Kanada texnologiyalarından belə istifadə Türkiyənin kontrakt şərtlərini pozması kimi qiymətləndirilir.
Qarnu deyib ki, o bu qərar barəsində türkiyəli həmkarı Mevlud Çavuşoğlu ilə danışıb və ona gələcəkdə müdafiə ixracı avadanlığından istifadə mexanizminə dair dialoq təklif edib.
Qadağan bundan əvvəl də olub
Bu da xəbər verilir ki, qadağan hərbi avadanlıq və texnologiyaların ixracına dair 29 lisenziyaya şamil edilir. Bura Türkiyənin döyüş dronlarında istifadə edilən kameralar da daxildir.
Kanadanın apardığı təhqiqat göstərib ki, Türkiyənin Bayraktar TB2 dronlarının təsvirləmə və hədəfləmə sistemləri Kanadanın L3Harris Wescam şirkəti tərəfindən hazırlanır.
Bu da qeyd olunur ki, Kanada kamera sistemi müstəsna olaraq Türkiyə dronlarında istifadə olunur, lakin sensorların Azərbaycana ixraçı üçün heç bir lisenziya verilməyib.
Kanada bundan əvvəl, 2019-cu ildə Türkiyənin kürd qüvvələrinə qarşı şimali Suriyaya hərbi müdaxiləsi zamanı da hərbi avadanlıq ixracı lisenziyalarının dayandırlıması qərarı vermişdi.
Həmin məhdudiyyətlər sonradan yumşaldılsa da, Qarabağ müharibəsinin gedişində yenidən sərtləşdirilib.
Azadlıq radiosu
Tarix: 15-04-2021, 23:02
Xəbəri paylaş



Xəbər lenti