M.Ə.Rəsulzadə: “Ukrayna və Rusiya” - Nəsiman Yaqublunun təqdimatında... Ukrayna və Rusiya münasibətləri getdikcə gərgin həddə çatmaqdadır. Rusiyanın təcavüzkar siyasətini qəbul etməyən Ukrayna xalqı ərazi bütövlüyünü qorumaq zorundadır.Tarixə diqqət etsək Ukrayna xalqının Rusiya təzcavüzünə qarşı olduğu və müqavimət göstərdiyi çox məqamlar vardır.Bu mənada Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin “Ukrayna və Rusiya” məqaləsi günümüz üçün çox aktualdır.M.Ə.Rəsulzadə böyük uzaqgörənliklə məqaləsini bu sözlərlə başlayır:”Müstəqil Rusiyanın müqəddəratında ən böyük rol oynayacaq məsələ,şübhəsiz, Ukrayna məsələsidir...”.Bu yazı 1927-cildə İstanbulda nəşr edilən “Yeni Qafqasiya” jurnalının 17 fevral tarixli 10-cu sayında çap olunub. Məqaləni oxuculara təqdim edirəm.
M.Ə.RəsulzadəUkrayna və Rusiya Müstəqil Rusiyanın müqəddəratında ən böyük rol oynayacaq məsələ, şübhəsiz, Ukrayna məsələsidir. “Böyük Rusiya” ilə “Kiçik Rusiya” anlaşacaq, kəndi aralarında ümumi bir lisan bula biləcəklərmi? Yoxsa “moskal”ların kəndisinə verdiyi “rus” sifətını nifrətlə rədd edən Ukrayna, müstəqil bir mövcudiyyətmi təşkil edəcək? İştə bir məsələ ki, yalnız Dnepr sahili ilə Don nəhri həvalisinin hürriyyət həsrəti ilə çırpınan Ukrayna köylüləri ilə “kazaklar”ını deyil, “Böyük Rus” imperializmi altında qalmaq istəməyən bütün millətləri əlaqədar edər.
Bu günkü Sovetlər İttihadının və dünkü Rusiyanın ən münbit, ən zəngin qitələrini təşkil edən Ukraynada, aşağı-yuxarı, 27 milyona qərib bir nüfus vardır. Bu, şimdiki Rusiyanın nüfus etibarıyla həmən-həmən dörddə biri deməkdir. Bu azim kütlənin Moskva mərkəzi ilə barışmaz bir vəziyətə gəlməsi bir daha bu mərkəzə tabe olmamaq əzim və qərarını vermiş bulunan Qafqasiya ilə Türkistan kibi istiqlal nəşəsi ilə canlanan millətlər üçün tarixin təmin edəcəyi ən gözəl bir fürsətdir.
Rus nasyonalistləri Ukrayna məsələsinin süni bir hərəkət olduğunu iddia edib dururlardı. Onlarca “rus mədəniyyəti” yalnız böyük rusların deyil, “başda ukraynalılar olduğu halda, bütün Rusiya millətlərinin məhsulu imiş. Rus və Ukrayna millətləri və lisanları yox, yalnız “ədəbi rusca” ilə məhəlli şivədən ibarət bir “kiçik rusca” varmış. “Kiçik rus” köylüsü ilə “böyük rus” köylüsü yekdigərini anlamayacaq qədər lisan ayrılığına uğramamış imiş, fəqət bu “tez”ə müqabil vaxtiylə müfrid Ukrayna milliyyətçilərinin ortaya atdıqları “antitez” şimdi yalnız böyük şair Taras Şevçenko kibi romantiklərə məxsus bir fikir deyil, rus liberalizminin məşhur müməssili Milyukov tərəfindən nəşr olunan “Poslednie Novosti” qəzetəsinin də təyid etdiyi vəchilə, siyasi bütün Ukrayna cərəyanları və firqələri tərəfindən hərarətlə tərviç olunan bir ümdədir. Komunistlərindən tutmuş monarxistlərinə qədər bütün Ukrayna siyasiləri − germanofilləri, polonifilləri, hətta rusofilləri də daxil olduğu halda Rusiyadan ayrılmaq qərarını vermişlərdir. Eyni qəzetənin məlumatına görə, komunist ukraynalılar belə “Moskvanın başındakı müşkülat artdıqca, milli tələblərini artdırıyor və tam istiqlala doğru hız alıyorlar”mış, komunistlərin xaricində, mühacirətdə bulunan Ukrayna partilər də Rusiya birliyi fikrinə qətiyyən yanaşmıyorlar. Hal-hazırda Almaniyada, Parisdə, Praqada və sair mərkəzlərdə bulunan Ukrayna müəssəsələri kəndi aralarında sıxı bir irtibat və təşkilat vücuda gətirərək Ukraynanın yarınkı istihlası üçün vəziyət alıyorlar. “Müttəhid Ukrayna Radası” və sadə “Ukrayna Radası” namıyla təəzzüv edən iki cəmiyyət arasındakı fərq, Rusiyaya nisbət bəslədikləri hiss və əlaqədaən ziyadə, məqsədin hüsulu yolunda ittixaz edəcəkləri xətti hərəkətdədir. Birincilər Lehistan siyasətinə etdikləri halda, ikincilər əcnəbi hər dürlü təmayüldən azadə “xalis istiqlalçılar”mış, fəqət ikisi də Ukraynanı Rusiyadan ayrı təsəvvür etməkdə müttəhid və “moskal” istilasını atmaq üçün mücahidədə müttəfiqdir! Praqadakı təşəkkül edib də Don nəhri həvalisində, Şimali Qafqasiyada yaşayan kazakları təmsil edən “Kuban Qara Rada”sı da Rusiyaya qarşı barışmaz bir lisanla konuşmağa başlamışdır. Bu cəmiyyət tərəfindən nəşr olunan məcmuənin ilk nüsxəsində “rusluğa, hətta rus kültürünün təsiri altında bulunan bəzi Ukrayna münəvvərlərinə qarşı” belə nifrət və ədavət hissi təlqin və təbliğ olunuyor. “Karpatlardan Qafqasiya Dağlarına qədər böyük Ukrayna” fikri “Rada”ların olduğu kibi, Kramada(?)nın da şüarıdır. “Kramadaçı”lara görə 1918 sənəsində “istiqlal şüarından qorxmayan Estoniya, Latviya və Litva zabit və münəvvərləri şimdi kəndi evlərinin sahibidirlər; halbuki ukraynalılar səfil sərgərdandırlar”. Bu səfalətə intiha verəcək şüar “ancaq istiqlal və yalnız istiqlaldır!”
Ukrayna firqələrini istila edən bu fikir rus firqələrini çıldırdıyor. Bu günkü təsəvvürlərin yarın alacağı həqiqi şəklin önünə gəlmək üçün Ukraynalılara yanaşıyor, “gəliniz anlaşalım” diyorlar. Kəndilərinə federasyon təklif ediyorlar, fəqət “gec qaldınız!” cavabını alıyorlar. Bu cavab onları qızdırıyor. Ukraynalıların kəndiləri ilə görüşmək arzusunda olmadıqlarını böyük bir hiddət və infial ilə qeyd ediyor, qəti bir mücadilə qərarı qarşısında bulunduqlarına hökm ediyorlar. Rus professorlarından Myakotin keçənlərdə Parisdə Ukrayna məsələsinə aid bir konfransda Ukrayna hərəkatının “zəifliyini isbat” etməklə bərabər, “Ukrayna ədəbiyyatının və siyasi Ukrayna məfkurəçiliyinin artıq iftiraq yoluna girdiyini” təəssüflərlə qeyd eyləmiş, “əskidən bəri Ukrayna tarixi ilə uğraşan və ukraynalıları sevən” bir zat sifətiylə “kiçik ruslar”a “ağabəyləri” böyük ruslara qarşı böylə “hasmanə” bir vəziyət almanın kəndiləri üçün iyi nəticələr verməyəcəyini söyləmişdir. İctimada bulunan ukraynalılar Myakotinin bu çıxışını istihfafla qarşılamış və nümayişkaranə bir surətdə sükut eyləmişlərdir.
Bu ictima əsasında məruf Milyukovun çıxışı bilxassə şayani- diqqətdir. Milyukov o qədər qızmış, muvazənəsini qayb eyləmiş ki, Parisdə mültəci bir həyat yaşadığını unudaraq ukraynalıları “güllə” ilə təhdid eyləmişdir. “Biz sizə anlaşma təklif ediyor, “federasyon yapalım” diyoruz, siz isə “artıq gecdir!” deyə uzadılan əli rədd ediyorsunuz! Unutmayınız ki, bu cavab bizi tüfəng atəşinə götürür!” demişdir.
Zavallı Milyukov ixtiyar çağında bütün ümidlərini qeyb edən bir adam titizliyini göstəriyor, professor ikən sözlə deyil, topla-tüfənglə konuşuyor. Bundan iki sənə əvvəl də o, Praqada milliyyət məsələsinə aid verdiyi bir konfrans nəticəsində, Rusiyada məhkum millətlərin müməssilləri ilə ümumi lisan bulamamış, qızmış, yenə sözünü təhdidlə bitirmişdi. Zatən Milyukov Ukraynadan mücərrəd bir məsələ kibi deyil, ondan, aləl-ümum Rusiya daxilində qalan bütün millətlərin əhval-ruhiyyəsini göstərir tipik bir hadisədən bəhs edər kibi konuşuyor və kəndi cinsindən tələqqi etdiyi ukraynalılarla anlaşamadıqdan sonra digər millətlərlə anlaşmanın bittəbii mümkün olmayacağını təqdir ilə “silaha” sarılıyor!
Fəqət tarix professoru Milyukov bu “silah”ın artıq “muzeylik” olduğunu bilməli, nahaq yerə qanını xarab etməməlidir!
“Yeni Qafqasiya”, 17 şubat 1927 / 15 şaban 1345, il:4, №10, s. 2-4 Tərviç - rəvac verməİnfial - xəcalət çəkmə, reaksiyaİntiha - son, nəhayətİftiraq - dağılma, ayrılmaİstihfaf - aşağılama, təhqir Red:17 şubat 1927 / 15 şaban 1345 – 17 fevral 1927
Tarix: 10-04-2021, 23:19