“Ramiz Mehdiyev dövlətçilikdən tamamilə bixəbər adamdır” – Mirmahmud Mirəlioğlu

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun Yenisabah.az-a müsahibəsi:
- Mirmahmud bəy, hakimiyyətlə əks düşərgə arasında baş tutan təmasları, müşahidə olunan yumşalmanı Azərbaycanda yeni siyasi şəraitin yaranması kimi dəyərləndirmək olarmı?
- Əgər bunun konkret olaraq real nəticələri olacaqsa, məsələn, partiyaların qeydə alınmasında müsbət addımlar atılacaqsa, mümkündür. Bunun üçün dilə gətirilən məsələlər gerçəkləşdirilməli, mənzil-qərargahların partiyalara verilməsi məsələsi reallaşmalı, hakimiyyətin YAP-a münasibəti ilə digərlərinə münasibəti arasında uçurum olmamalı, qurultayların keçirilməsi ilə bağlı şərait yaradılmalıdır. Xüsusilə də bu karantin dövrünün təsir və qadağalarını bir kənara qoyaraq bu məsələlər həyata keçirilərsə, siyasi şəraitin yaranması kimi qiymətləndirmək mümkün olacaq. Amma uzaqgedən nəticələr çıxarmaq doğru deyil, bunu üçün tezdir.
- Son vaxtlar müxalif düşərgədə fəallıq hiss olunur. Bəzi müxalifət partiyalarının sabiq nazir Əli İnsanovun ətrafında cəmləşəcəyi gözlənilir. Bu ittifaqda sizin də iştirakınız mümkündür?
- Bizim bir müddət əvvəl danışıqlarımız olub. Klassik Xalq Cəbhəsi Partiyası olaraq Azərbaycan Xalq Hərəkatındayıq və mübarizəmizi də davam etdiririk. Təbii ki, bu mübarizədə əməkdaşlıq tələb edən məqamlarda əməkdaşlıq mümkündür. Hazırda onların yeni taktikaları, ayrı-ayrı oraya birləşən adamlar var. Hətta bizim qurultay nümayəndələrindən biri orada iştirak edir. Onların 4+1 kimi yeni bir formulları da var. Bəzi məsələlər var ki, müsahibədə deyilməsi mümkün deyil. Amma bildirim ki, məhz həmin məsələlərdə ciddi fikir ayrılıqları var. Azərbaycanın problemlərini həll etmək istiqamətində iqtidarlı-müxalifətli çalışılmalıdır. Kimliyindən asılı olmayaraq hər kəs istəyər ki, problemlər aradan qalxsın. Bəzi məsələlər var ki, bölüşülməlidir və bölüşüb birlikdə yerinə yetirəcəyik. Bəzi hallar isə diskussiyaya gətirib çıxarır. Mən bunlardan qaçıram. Hədəflərimiz bir olduğu təqdirdə mübarizəyə hazırıq. Kimliyindən asılı olmayaraq bu bir siyasətdir və siyasətdə dost və düşmən yoxdur, maraqlar var. Azərbaycan maraqları bütün siyasi məsələlərdən, siyasi partiyalardan, hətta siyasətçilərin özlərindən də üstündür.
- Hakimiyyətdən sıxışdırılan “köhnə qvardiya”nın revanşa hazırlaşdığına dair ehtimallar da var. Hətta Mehdiyev-İnsanov ittifaqının qurulduğu iddia olunur. Siz bu barədə nə düşünürsünüz?
- Onların ortaya hər hansısa bir şey qoymaları məsələnin başqa tərəfidir. Hər halda Ramiz Mehdiyevin son açıqlaması ciddi məsələlərdən xəbər verir. Adamın dövlətçilikdən tamam bixəbər olduğu ortadadır. Qədim saray qaydalarına uyğun olaraq hər dəfə sədaqəti təzələmək lazımdır. O da buna uyğun gedir. Görünür, Azərbaycan kimi bir dövlətdə uzun müddət aparıcı şəxs olmuş bir adamın şəxsi sədaqət məsələsi dövlətçilik məsələsindən üstündür. Nəticədə isə vəziyyət bu yerdədir. Hazırda ola bilər ki, kimsə kimləsə birləşsin, revanş götürsün. Əslində, bu, indiki zamanda nəzəri olaraq mümkündür, praktik olaraq isə mümkün deyil.
- Pandemiya fəaliyyətinizə necə təsir göstərib? Mərkəzi strukturlar işləyirlər? Rayon təşkilatları ilə əlaqələriniz var?
- Vəziyyət hamıda necədirsə, bizdə də elədir, lakin biraz fərqliliklər də var. Blirsiz, bizim cəmiyyətimiz bu məsələlərə hazır deyildi. Hazırda bütün resursları olan hökumət belə fəaliyyət göstərə bilmir. Dünyanın aparıcı dövlətləri belə istədikləri fəaliyyətə sahib deyillər. O cümlədən də Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan biri kimi KXCP-nin bu sahədə xeyli çətinlikləri var. Qeyri-adi bir şey yoxdur. Bizim rayon-şəhər şöbələri ilə əvvəlcədən də telefon vasitəsilə əlaqələrimiz var idi. Lakin onsuz da maddi imkansızlığa görə mütəmadi olaraq rüblük, aylıq, həftəlik səfərlərin təxirə salınması əvvəldən var idi. Konfransların keçirilməsinə polis müdaxiləsi mövcud idi. Bunlar indi biraz başqa formadadır və mövcud şəraitin diqtə elədiyi çətinliklər, karantinin qadağaları bizdən yan ötməyib.
- Azərbaycanda koronavirusla mübarizəni necə qiymətləndirirsiniz? Bu bəladan daha az itki ilə çıxmaq mümkün olacaqmı?
- Başlanğıcdan Azərbaycan səhiyyəsi buna hazır deyildi. Təbii ki, ayrı-ayrı yüksək səviyyəli, ixtisaslı həkimlərimiz buraya daxil etmirəm. Amma Səhiyyə Nazirliyi o qədər bərbad vəziyyətdə idi ki, yaxşılar da gözdən itib. Karantin vəziyyətindən xeyli danışılıb, hazırda da danışılır.Vəziyyət o dərəcədə pisdir ki, bizim rəsmi strukturumuz yox, TƏBİB ortaya çıxır. Çünki Səhiyyə Nazirliyi bu işin öhdəsindən gələ bilmir. Kimin necə deməsindən, sözün dəyişdirilərək efirə verilməsindən asılı olmayaraq, bu məsələdə problemlər hazırda da qalmaqdadır. İlk növbədə problemləri aradan qaldırmaq lazımdır. Lakin Azərbaycan hakimiyyəti bu istiqamətdə gördüyü işlər çabalama xarakteri daşıyır. Əslində, onun problemin öhdəsindən gəlmə imkanları daha geniş idi, qüvvələr səfərbər olunmalı idi, lakin olunmadı. Proses o dərəcədə uğursuz davam edir ki, Operativ Qərargahın qarşısında belə etirazlar var. Məsələlər o dərəcədə həll edilmədi ki, hər ay bir cür yanaşma ortaya çıxdı. Məsələn,190 manatla bağlı çox problemlər oldu, insanlarımızın testdən keçməsində xüsusi məbləğ tətbiq olundu, bunların hamısı aradan qaldırılmalı, atılan addımlar dövlət hesabına olmalıdır. Görülməli olan çox işlər var.
Tarix: 10-07-2020, 21:28
-
Dünən, 23:23
Baba Rzayev 67.2 milyonu hara xərcləyəcək?
-
Dünən, 22:40
100 milyonluq yeyinti işi: vəzifəli şəxs həbs edilib
-
Dünən, 22:38
Azərbaycanda kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - Açıqlama
-
Dünən, 17:16
AYNA "Velosipedlərin parklanması üçün "Apollon Trading" MMC-yə 265 min 500 manat ödəyəcək
-
Dünən, 17:02
Ağdamda yanğın yayılıb - partlayış səsləri eşidilir... - FOTO
-
Dünən, 16:56
Ağdam İcra Hakimiyyəti son 2 ildə 5 abadlıq işi gördürüb: 1 milyon nəyə xərclənib?
-
Dünən, 16:54
Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi
-
Dünən, 16:52
Tibbi preparat idxalı adı ilə şirkət rəhbərinin milyonlarla manatlıq dələduzluq əməli - MƏHKƏMƏ
-
Dünən, 16:47
OCCRP-nin araşdırması: “ABŞ-də 2 milyard dollarlıq tibbi sığorta fırıldağında ittiham olunan şəxs Rusiyada dəbdəbəli həyat yaşayır”
-
Dünən, 16:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
-
Dünən, 10:37
İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA
-
Dünən, 10:17
Məşhur cərrah Aran Klinikasının yalanını belə üzə çıxardı
-
Dünən, 09:45
Nəsimi rayonunda aylardır qazılan yol təmir edilmir - VİDEO
-
Dünən, 08:59
Türkiyəli sürücülər Naxçıvan yol polisinin cərimə adı altında onları hədələyərək rüşvət aldığını iddia edirlər
-
28-07-2026, 23:02
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
-
28-07-2026, 23:01
Təhsildə BAĞIROVŞİNA... - Eşqi müəllimi bir təftiş edən olsa...
-
28-07-2026, 22:45
Ankarada tarixi dəyişiklik müzakirəsi – Türkiyəni iki qüvvə idarə edəcək?
-
28-07-2026, 22:35
Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı - Şagirdlərin sinifdə saxlanılması...
-
28-07-2026, 22:32
Abşeronneft Neft Qaz çıxarma idarəsində qazanc yoxdur, işlək boruları satıb pul qazanırlar - VİDEO
-
27-07-2026, 23:41
Bu nazirlik eyni şirkətə 8-ci dəfə milyonluq tender verdi... - “Texno Lyuks M” MMC kimindir?
-
27-07-2026, 23:40
Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarılıblar - VİDEO
-
27-07-2026, 23:38
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
-
27-07-2026, 23:33
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
27-07-2026, 23:28
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
27-07-2026, 23:27
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
-
27-07-2026, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
27-07-2026, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
27-07-2026, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
27-07-2026, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
27-07-2026, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...