"Əbülfəs Qarayev o boyda korrupsiyanın qarşısında sərbəst buraxıldı..." - Partiya sədri

"Ölkədə qarışıqlıq yaradan məmurlar Ramiz Mehdiyevin drijor çubuğuyla oturub-dururlar”. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri məmurların həbslərindən çoxlarının hələ də nəticə çıxarmadığını vurğulayıb:
“Mən istəyərdim ki, məmurların həbsi davam etsin. Bizim indiki hakimiyyətdə olan məmurların tör-töküntüləri böyükdür və onlar hələ də öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Bunlarda bir arxayınçılıq var və bu da ölkəni xaosa sürükləyir. Məsələn, beş icra başçısı həbs edildi və nəticə nə oldu? İndi onlardan da çox rüşvət alırlar. İcra başçılarının hamısı rüşvət alır, çapıb talayır və bunun başında isə Zeynal Nağdəliyev durur. Bu gün o, özü həbs edilməlidir. Bu gün nə qədər narazılıqlar var hamısına icra başçıları səbəbkardır. Bunlar çalışırlar ki, ölkədə narazılıq yaratsınlar. Belə olanda da xalq deyir ki, prezident hara baxır? Amma demirlər ki, Z.Nağdəliyev hara baxır? Ona görə də Azərbaycan məmurlarının ölkə başçısı çox gözəl dedi ki, vicdanı və Allahı yoxdur. Bunların vicdanı olsaydı, o beş icra başçısı tutulanda özlərini yığışdırardılar. Bu məmurlar tamam başqa bir kateqoriyaya aid olan insanlardır.
Məsələn, Əbülfəs Qarayev o boyda korrupsiyanın qarşısında sərbəst buraxıldı və elə ona da o lazım idi ki, getsin yaşasın, xaricdə mülkləri var. Zakir Qaralov da həmçinin, Azərbaycan dövlətinə bir milyard pul borcludur. Bunların hamısı həbs edilməlidir və görünür bunlar da kiməsə arxayındırlar. Ölkə başçısı deyir ki, vəzifəyə gələn icra başçısı rüşvət veribsə, onu qazanmaq üçün çalışacaq ki, nəsə etsin. Bəs bu rüşvət kimə verilib, əlbəttə ki, Z.Nağdəliyevə. İcra başçılarının hamısı bir mənbədən idarə olunur və düşünürəm ki, ölkədə narazılıq yaradan qruplar hələ də hakimiyyətdədir, onlar Prezident Aparatında kök salıblar və o insanların da əksəriyyəti Ramiz Mehdiyevin kadrlarıdır. Düşünürəm ki, bunun nəticələri çox pis olacaq. Hansı məmuru, mollasını araşdırırsan, mülkləri, bağ evləri ortaya çıxır. Bunlar ancaq dövlətin əleyhinə işləyən məmurlardır və onları da yola salmaq lazımdır. Biz isə həmişə ölkə başçısının yanındayıq, ona dəstək oluruq. Ölkədə qarışıqlıq yaradan məmurlar Ramiz Mehdiyeviv drijor çubuğuyla oturub-dururlar”. (Moderator.az)
Tarix: 25-06-2020, 07:49
-
Dünən, 23:41
Bu nazirlik eyni şirkətə 8-ci dəfə milyonluq tender verdi... - “Texno Lyuks M” MMC kimindir?
-
Dünən, 23:40
Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarılıblar - VİDEO
-
Dünən, 23:38
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
-
Dünən, 23:33
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
Dünən, 23:28
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Dünən, 23:27
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
-
Dünən, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
Dünən, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
Dünən, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
Dünən, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
Dünən, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
Dünən, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
Dünən, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
Dünən, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
Dünən, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
Dünən, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
Dünən, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
Dünən, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
26-07-2026, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
26-07-2026, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
26-07-2026, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
26-07-2026, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
26-07-2026, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
26-07-2026, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
25-07-2026, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
25-07-2026, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
25-07-2026, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
25-07-2026, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
25-07-2026, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
25-07-2026, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...