Operativ Qərargahdan Prezidentə şikayət - Bir qrup jurnalist bəyanat yaydı

Bir qrup jurnalist Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 21-dən iyulun 5-dək olan sərt karantin rejimi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.Onlar bildiriblər ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında jurnalistlərlə bağlı heç bir müddəa yer almayıb və bu qərar ümumilikdə jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasına hesablanıb.Müraciətin mətnini təqdim edirik:"Cənab Prezident, hazırda bütün dünyada böyük və ciddi qlobal problemə çevrilən COVİD19 virusu ilə bağlı Azərbaycanda da bir sıra addımlar atılır. İlkin olaraq bu virusla mübarizə daha çox inzibati addımlar tələb edir, çünki hazırda koronavirusun heç bir vaksini yoxdur. Azərbaycanda da bu ilin mart ayından elan olunan xüsusi karantin rejimi avqust ayına qədər uzadılıb. Lakin son günlər virusa yoluxanların kütləvi artması ölkədə iyunun 21-dən iyulun 5-dək olan sərt karantin rejiminin tətbiqinə gətirib çıxarıb. Bizim Sizə müraciət etməkdə məqsədimiz isə Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında jurnalistlərlə bağlı məhdudiyyətlərlə bağlıdır. Belə ki, bu qərarda jurnalistlərlə bağlı əsaslı bir müddəa əksini tapmayıb, hətta onların vəsiqə ilə fəaliyyətinə belə qadağa qoyulub. Cənab Prezident, koronavirusla mübarizə dövründə həssas və faydalı sahələrdən biri də mediadır, əhalinin doğru-dürüst informasiya ilə təmin edilməsidir. Amma Nazirlər Kabineti yanında Operativ Qərargah artıq ikinci dəfədir ki, jurnalistlərə süni əngəllər yaradır. Ona görə də biz hesab edirik ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci və 71-ci maddələrinə ziddir. Konstitusiyanın 71-ci maddəsinə görə, müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Ölkədə isə fövqəladə vəziyyət rejimi yoxdur. Ona görə də bu qərar medianın fəaliyyətinin mədudlaşdırılması kimi qiymətləndirilməlidir. Cənab Prezident, biz Azərbaycan mediasının nümayəndələri olaraq Sizdən xahiş edirik ki, heç bir qanuna uyğun gəlməyən bu qərararın dəyişdirilməsinə, jurnalistlərin sərbəst informasiya toplamaq və yaymaq azadlığına edilən maneələrin aradan qaldırılmasına göstəriş verəsiniz".
Tarix: 22-06-2020, 09:06
-
Bu gün, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
Bu gün, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
Bu gün, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
Bu gün, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
Bu gün, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
Bu gün, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
Bu gün, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
Bu gün, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
Bu gün, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
Bu gün, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
Bu gün, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
Bu gün, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
Dünən, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
Dünən, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
Dünən, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
Dünən, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
Dünən, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
Dünən, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
Dünən, 10:09
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
25-07-2026, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
25-07-2026, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
25-07-2026, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
25-07-2026, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
25-07-2026, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
25-07-2026, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...
-
25-07-2026, 12:19
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
-
25-07-2026, 12:17
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
-
25-07-2026, 12:17
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
-
25-07-2026, 10:46
Satınalma mütəxəssisinin şirkəti "tenderlər kralı"na çevrilir - 3 milyonluq layihə
-
25-07-2026, 10:39
Masazırda torpaq qalmaqalı: “Anamın adına olan sahəni başqalarına satıblar“