“Koronavirus yüksək yayılma sürəti ilə o biri viruslardan fərqlənir. Bir xəstənin eyni zamanda 5-6 nəfəri yoluxdurması və xəstələrin sayının böyük sürətlə artması hökümətləri karantin rejimləri tətbiq etməyə vadar edir və nəticədə zavod, fabriklər, təhsil ocaqları, bir sözlə, hər şey dayandırılır, iqtisadiyyat dağılmağa başlayır”.
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.
R.Quliyev bildirib ki, buna görə hökümətlərdən koronavirusun yayılmasının qarşısını almaqla yanaşı, iqtisadiyyatın dağılmasının qarşısını almaq üçün çevik siyasət aparmaq tələb olunur: “Hansı ölkədə vəziyyətin necə olması ancaq müqayisə yolu ilə müəyyənləşdirilə bilər. Azərbaycanda vəziyyətin necə olmasını təyin etmək üçün onu təqribən əhalisi 10 milyon olan iki ölkə ilə müqayisə edək.
Çexiya - xəstələrin sayı 10361,ölənlərin sayı 365 başqa sözlə xəstələnlərin 3.23 faizidir. Ölkədə 514 min nəfər testdən keçib.
Avstriya - xəstələrin sayı 17.271, ölənlər 688, yəni 4 faiz.552 min test keçirilib.
Azərbaycan - xəstələrin sayı 11.767, ölənlər 143,başqa sözlə 1.2 faiz 404 min test keçirilib.
Bir ölkəni də müqayisə üçün göstərək.
Ermənistan - xəstələrin sayı 19157, ölənlər 319 faizlə 1.7 və cəmi 90 min test keçirilib.
Yuxarıdakı rəqəmlər ən yaxşı vəziyyətin Azərbaycanda olduğunu göstərir. Avstriya və Çexiya ölkələrini həm turistlər üçün açıblar, həmdə təsərrüfat və servis sahələri fəaliyyət göstərir. Ümumiyyətlə Azərbaycan antivirus (vaksin və ya dərman ) tapılmayana qədər virusun yayılmasına imkan verməməli və paralel iqtisadiyatın hərəkətə gəlməsini təmin etməlidir. Yəni virusun aclıq kimi xaosa çevrilməsinə imkan verilməməlidir”.
Tarix: 20-06-2020, 07:38