Nazir yeni deputatları tənqid etdi: "Kimsə özünü təsdiqləmək istəyirsə..."


Nazir yeni deputatları tənqid etdi: "Kimsə özünü təsdiqləmək istəyirsə..."

“Cari ildə çağırışlarımız kifayət qədər çoxdur”.
Cebhe.info xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib. Nazirin sözlərinə görə, aprelin 18-də iki həftəlik sərt karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı məsələlərə baxılıb:
“Şübhəsiz, təxirəsalınmadan qərarlar qəbul ediləcək. Əgər lazım gələrsə, hökumət tərəfindən Prezidentə hər hansı bir düzəlişlərin olması ilə bağlı təqdimat da təqdim olunacaq”.
Nazir yeni seçilən deputatları da tənqid edib:
“Burada yeni seçilən deputatlar deyirlər ki, izahat yoxdur. Kimsə özünü təsdiq etmək istəyirsə, tutarlı dəlillər gətirməlidir. Mən sizi pandemiya vaxtı da qəbul etməyə hazıram”.
Tarix: 19-06-2020, 13:43
Xəbəri paylaş



Xəbər lenti