"Onda olan məlumatları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq idarəsinə təqdim etsin" - QALMAQAL

"Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəylinin Müsavat partiyasını müxtəlif məsələlərdə xəyanət və satqınçılıqda ittiham etməsinin ardınca, qarşı tərəfin cavabları da gecikməyib. Müsavat partiyasının başqanı Arif Hacılı sosial şəbəkədə ona və rəhbərlik etdiyi partiyasına qarşı suçlamaları cavablamaqla bir sıra adekvat cavablarda bulunub.
SİA.AZ A.Hacılının bəzi fikirlərini diqqətə çatdırır.
"Tofiq Yaqublunu niyə "Milli Şura" sədri seçmirsiniz, Cəmil Həsənli bu barədə təklif etmişdi, necə oldu?"
"Gültəkin Hacıbəyli Müsavat partiyasını ağır cinayətdə ittiham edib. Ağır cinayəti bilib gizlətmək ciddi cinayət sayılır", deyə qeyd edən Hacılı hətta tələb də irəli sürüb: "Tələb edirəm. Onda olan məlumatları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq idarəsinə təqdim etsin. Əks təqdirdə bizim onu böhtana görə məhkəməyə verməyimiz vacib olacaq".
G.Hacıbəylinin "Milli Şura"nın koordinasiya şurasının üzvü Tofiq Yaqublunun Müsavat partiyasının Məclisinə seçilməməsinə də münasibətini açıqlayan A.Hacılı əks arqumentlə Hacıbəyliyə sual ünvanlayıb: "Tofiq Yaqublunu niyə "Milli Şura" sədri seçmirsiniz, Cəmil Həsənli bu barədə təklif etmişdi, necə oldu?"
"Sədr kimi nə bir toplantısı var, nə bir hesabatı, nə də seçkisi"
Müsavat daxilində keçirilən seçkiləri hədəfə alan G.Hacıbəyliyə növbəti sualını da ünvanlayan Müsavat başqanı əslində "Milli Şura"nın saxtakarlıqlara yol verdiyini bildirib: "Təmsil olunduğunuz təşkilatın sədr seçkisindən 7 il keçib. Sədr kimi nə bir toplantısı var, nə bir hesabatı, nə də seçkisi. Bizdən dəftərxana məlumatlarımızın bundan daha şəffaf olmasını tələb edən kəs bu barədə nə düşünür?
Yoxsa Tofiq Yaqublu adı sizə yalnız Müsavata hücum etmək üçün istinad nöqtəsi kimi lazımdır?"
"Əgər AXCP-də azad, gizli seçki keçirilsə şəxsən siz orada heç vaxt Məclis üzvü seçilə bilməzsiniz, əmin olun"
A.Hacılı ittihamlarını davam etdirərək G.Hacıbəylinin "Milli Şura"nın koordinasiya şurasına elə də bel bağlamamalı olduğunu da deyib və koordinasiya mərkəzinə istehzalı münasibət olaraq oranı "direktorlar şurası" adlandırıb: "Bir-iki nəfərin himayəsi ilə AXCP üzərində direktorlar şurasının üzvü olmağınıza çox güvənməyin. Əgər AXCP-də azad, gizli seçki keçirilsə şəxsən siz orada heç vaxt Məclis üzvü seçilə bilməzsiniz, əmin olun".
"Milli Şura"nın artıq tükəndiyini və eləcə də müxalifətdəki digər partiyaları özünə düşmən qazandığını qeyd edən Müsavat partiyasının başqanı fikirlərini sərt ittihamlarla başa çatdırıb.
"Milli Şura"nı bitirmisiniz, körpüləri yandırmaqla məşğullsunuz"
"Ölkənin bütün passionar təbəqəsini, müsavatçılardan tutmuş, PEAL-çılara, inanclı kəsimin nümayəndələrindən tutmuş, cümhuriyyətçılərə qədər hamını "Milli Şura" ilə düşmən etdiniz. "Milli Şura"nı bitirmisiniz. İndi də Müsavatla AXCP arasında onsuz da gərgin olan münasibətləri tam korlamaq, qırmızı xəttləri götürmək, körpüləri yandırmaqla məşğulsunuz", A.Hacılı ittihamlarını başa çatdırıb.
Tarix: 15-06-2020, 21:30
-
Dünən, 23:41
Bu nazirlik eyni şirkətə 8-ci dəfə milyonluq tender verdi... - “Texno Lyuks M” MMC kimindir?
-
Dünən, 23:40
Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarılıblar - VİDEO
-
Dünən, 23:38
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
-
Dünən, 23:33
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
Dünən, 23:28
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Dünən, 23:27
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
-
Dünən, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
Dünən, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
Dünən, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
Dünən, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
Dünən, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
Dünən, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
Dünən, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
Dünən, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
Dünən, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
Dünən, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
Dünən, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
Dünən, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
26-07-2026, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
26-07-2026, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
26-07-2026, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
26-07-2026, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
26-07-2026, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
26-07-2026, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
25-07-2026, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
25-07-2026, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
25-07-2026, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
25-07-2026, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
25-07-2026, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
25-07-2026, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...