Yeni layihəmizlə sizi tanış edim. Qısa yazacam. Nazirlərimizin, icra başçılarımızın fəailiyyətini hərə bir cür təftiş edir, qiymət verir.


Mətbuat nöqsanlar axtarmağa çalışır, hesablama palatası yeyinti, DTX korrupsioner və satqın, deputatlar şərikli çörək, və sair. Tək Prezident konkret göstəriş verir və iş tələb edir. Demək olar ki, hər biri ilə tək-tək görüşən Prezidentə nazirlərimiz, icra başçılarımız verilən tapşırıqları can-başla əməl edəcəklərinə az qalırlar and içsinlər. Çəkinməsələr and içib özünü mələk göstərmək üçün prezidentlə görüşə Quran belə apararlar. Özüdə kamera qarşısında və 10 milyonluq auditoriyanın qarşısında and-aman edib söz verirlər. Əslində bura qədər yazdığım məqsədimi izah etmək üçün proloq rolunu oynayır desəm yanılmaram.

Deyəcəyim isə budur…

Mən yeni layihədə heç kimi təftiş etmək fikrim yoxdur. Sadəcə, açıq mətbuatda, televiziyada Prezidentlə görüşən nazirlərin, icra başçıların dediyim kimi az qala and içərək verdikləri konkret sözə əməl edib-etmədyini araşdıracam. Bu işdə sizin də fikirləriniz maraqlı olacaq. İstiqamət verməyiniz, hansı nazirin və yaxud icra başçısının Prezidentlə görüşdə verdiyi sözə əməl edib-etmədiyini siz oxucular, sıravi vətəndaşlar hamıdan yaxşı bilir. Mən obyekt (nazir, komitə sədri, icra başçısı) və həmin obyektin verdiyi sözü işıqlandıracam.Siz isə Prezidentə verilən sözün əməl olunub-olunmadığını sübutla bizə elektron məktubla göndərəcəksiniz və yaxud zəng vuracaqsınız. Məlumat göndərmək üçün bütün əlaqə imkanlarımız saytda göstərilib.

P.S. Sıravi vətəndaşlardan xahiş edirəm ki, sizə verilən vədləri yazmayın. Bilirəm onsuzda yerinə yetirmirlər. Yalnız Prezidentə verilən vədləri qeyd edin.

visiontv.az