“Şərəfli həyat yolunun üzərindən xətt çəkmək bu qədərmi asandır, Zəlimxan bəy?” - REAKSİYA

“Şərəfli həyat yolunun üzərindən xətt çəkmək bu qədərmi asandır, Zəlimxan bəy?”  - REAKSİYA

KAXCP Ali Məclisinin sabiq sədri, Xətainin keçmiş icra başçısı Zəlimxan Məmmədli aktiv siyasətə dönüb.

Yenisabah.az xəbər verir ki, mərhum Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarından olan Məmmədli bundan sonra siyasi fəaliyyətini keçmiş Səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasında (HƏP) davam etdirəcək.

Zəlimxan Məmmədlinin cəmiyyətdə müsbət imic sahibi olmayan İnsanovla eyni təşkilatda yer alması birmənalı qarşılanmayıb. Bu xəbərə sevinənlər, təbrik yazanlarla yanaşı, onu qınayanlar ad az deyil. Bu cür şərhlər hətta Məmmədlinin facebook səhifəsində də yer alıb.

Elşən Həşimov adlı bir sosial şəbəkə iştirakçısının Zəlimxan Məmmədlinin qərarına münasibəti belə olub: “Şərəfli həyat yolunun üzərindən xətt çəkmək bu qədərmi asandır, Zəlimxan bəy? Çox üzüldüm o, ''adamla'' qoşa durmağınıza”.

Muzadil Həsənov adlı facebook iştirakçısının reaksiyası isə belə olub: “Hörmətli Zəlimxan müəllim, mən sizi bu odioz sabiq nazirdən və onun partiyasından yüz qat daha üst qatda duran milli adam sayıram…”

Tarix: 14-06-2020, 08:55
Xəbəri paylaş



Xəbər lenti