Koronavirusun tüğyan etdiyi Ermənistanın pandemiya qarşısında ağ bayraq qaldığı, sabahını dünya dövlətlərinin yardım və mərhəmətinə etibar etdiyi göz önündədir. Bəs koronavirusun Ermənistanı içəridən vurdğu indiki məqamda Qarabağın azad edilməsi istiqamətində addımlar atmaq, pandemiyaya yenik düşən düşməni bir də döyüş meydanında vurmaq mümkündürmü?
Moderator.az-a açıqlaam verən politoloq Tofiq Abbasov məsələ ilə bağlı maraqlı fikirlrə səsləndirib:
“Ermənistanın koronavirusla bağlı düşdyü ağır vəziyyət beynəlxalq gündəliyə daxil olan bir məsələdir. Gürcüstan, Rusiya, Fransa kimi dövlətlər Ermənistana yardım göstərərək çalışır ki, onlar pandemiyadan daha az itkilərlə çıxsınlar.
Ermənistanın daxilində də sərt çəkişmələr gedir. Ölkə daxilindəki əksər ictimai-siyasi güclər zəif hakimiyyəti devirmək və öz mövqelərini gücləndirmək haqqında düşünürlər. Biz illərdir ki, Ermənistanın geriləməsinin şahidiyik. Ermənistanda onsuz da məhdud olan gücünü səmərli istifadə etməkdən ölkəmizə qarşı təhdidlər səsləndirir, işğaldakı ərazilərdə yeni yollar salmaq istəyir və s. Bütün bunlar ondan xəbər verir ki, nə baş verirsə-versin, Ermənistan öz terror mahiyyətindən əl çəkmir. Işğaldakı torpaqlardan çıxmaq istəmir.
O ki qaldı hərbi əməliyyatlara, düçünürəm ki, yəqin ki, Azərbaycan bunu indiki vəziyyətdə etməz. Ona görə yox ki, humanitar vəziyyətə həssas yanaşan beynəlxalq təşkilatlar var. Məsələ ondada da deyik ki, Ermənistanın xaricdəki havadarları bundan istifadə edəcəklər. Müharibə şəraitində eə məqamlar olur ki, bunlar müzakirə olunmur. Düşünürəm ki, Azərbaycan centlmensayağı mövqeyindən geri çəkilməyəcək. Biz pandemiyadan yox, ümumiyyətlə Ermənistandakı böhrandan, xaosdan istifadə etməliyik və bu, daha məqbul sayıla bilər. Pandemiya keçici bir şeydir. Biz dözüb daha çox geosiyasi şəraitə köklənəcəyik və öz addımlarımızı da buna uyğun şəkildə atacağıq”.
Seymur ƏLİYEV