"Demək ki, kimlərsə ölkəni qarışdırmağa start verib. Keçmiş Müdafiə naziri Rəhim Qazıyevə küçədə xəsarət yetirilməsi məsələsi də açıq-aşkar bunun təzahürüdür. Keçmiş olsun".
Yenisabah.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib. Millət vəkili təxribatların qarşısını almaq üçün səfərbər olmaq lazım olduğunu vurğulayıb:
"Hadisə yerində kameralar olubsa, ictimaiyyətə dərhal açıqlanmalı, hadisəni törədənlərin kimliyi təsbit olunmalıdır. Ölkədə gərginlik yaradan hadisələrin ard-arda gəlməsi hər bir vətəndaşımızı daha diqqətli olmağa səsləyir. Hamılıqla baş verən bu təxribatların qarşısını almağa səfərbər olmalıyıq".