“Hakimiyyətə gəlsəniz, Ramili özünüz Ermənistana ekstradisiya edin” – İlqar Məmmədova CAVAB
“Siyasətçi olduğunu düşünən bir nəfər var. Deyəsən, elə düşündüyü bir tək budur. Çünki düşünmədən danışıb. Deyib ki, Ramil Səfərovun qəhrəmanlaşdırılması milli maraqlarımıza uyğun deyildi. Bunu deyən adama xatırladıram ki, həbs olunanda elə onun özünü də "qəhrəman"laşdıranlar var idi”.
Pravda.az-ın xəbərinə görə, bunu “Bizimyol” qəzetinin baş redaktoru Bahəddin Həzi ReAl Partiyanın sədri İlqar Məmmədovun Ramil Səfərovla bağlı mövqeyinə münasibət bildirərkən deyib.
“Halbuki heç bir vaxt heç bir erməniyə "gözün üstə qaşın var" deməyib. Azərbaycanlı zabit Ramil Səfərovun Ermənistandan olan hərbçi Qurgen Markaryanı öldürməsinə gəlincə, bu hadisəyə zamanında hüquqi, siyasi, mənəvi baxımdan hər cür şərh və qiymət verilib. O, Macarıstanda cəza çəkib. Sonra Azərbaycan dövləti onun ekstradisiyasına nail olub, Ölkə rəhbəri isə onu əfv edib. Macarıstan məhkəməsinin də Ramil Səfərovu məhkum etmək üçün əsası olub (ortada qətl hadisəsi vardı), Ramil Səfərovu geri istəmiş və almış Azərbaycan dövlətinin də dövlətlərarası müqavilə ilə belə bir hüququ olub, o, ölkəyə gətiriləndən sonra Prezidentin də Ramil Səfərovu əfv etmək səlahiyyəti olub. Heç bir prosedur pozuntusu yoxdur. Amma indi Avropa Məhkəməsi bunun əleyhinə bir qərar verib, Azərbaycanın "müxalif" "siyasətçi"si də Qurgen Markaryanın ailəsinin yanında duraraq Avropa Məhkəməsinin qərarına dolayı dəstək verib. İndi aydın olurmu kim, kimi, niyə və necə qəhrəmanlaşdırıb?!
Əslində bu "müxalif" "lider"in açıqlamasının milli maraqlara uyğunluğuna qiymət vermək lazımdır və o söhbətləri yığışdırmaq lazımdır: "yatdığı yerdə vurub", "əvvəlcədən planlaşdırıb", nə bilim, nələr. Hər necə olub, bu, baş verib və ona da məhkəmə hüquqi qiymət verib, sonra adam ekstradisiya olunub və əfv edilib. İndi nə deyirsiniz: Ramil Səfərov təkrar həbs olunmalıdır?! O, hər bir halda törətdiyi əmələ görə cəza çəkib. Bir adam isə eyni əmələ görə iki dəfə cəzalandırıla bilməz. Onun "qəhrəmanlaşdırılması milli maraqlara uyğun deyil" fikrinə və bu fikrin müəllifinə gəlincə, dövlət Ramil Səfərova həmin əməlinə görə "Milli Qəhrəman" adı verməyib (yəni adamın rəsmi qəhrəman titulu yoxdur), xalqın onu "qəhrəmanlaşdırması" tezisinə gəlincə, necə olur ki, sən İsmayıllıya mitinqə gedib maşından düşən kimi heç bir şüar qışqırmağa macal tapmamış həbs olunduğun zaman müəyyən insanlar səni "qəhrəman"laşdıranda bu, milli maraqlara uyğun gəlir, ancaq bir Azərbaycan zabiti öz xalqını, dövlətini, bayrağını təhqir edən düşmən hərbçini cəzalandıranda onun "qəhrəmanlaşdırılması" milli maraqlara zərbə olur?!
Əslində NATO-nun o təlimlərini təşkil edən strukturlar da günahkardır; ərazisi işğal olunmuş, on minlərlə vətəndaşı öldürülmüş, minlərlə vətəndaşı əsir-girov götürülmüş, 20-ci əsrin sonundan bu günədək hər cür ağlasığmaz işgəncələrə məruz qalmış Azərbaycan dövlətinin zabiti ilə bütün bu cinayətləri törətmiş Ermənistan dövlətinin zabitini eyni yerdə eyni təlimdə yan-yana gətirmək nə dərəcədə doğru düşüncənin məhsuludur?!
Yaxşı, nə vaxtsa hörmətli siyasətçi, ürəyiniz yerinə gəlsin deyə, lap Ramil Səfərovu yenidən Macarıstan türməsinə qaytaraq, ya da Sizə təhvil verək aparıb Ermənistana təslim edin. Sizi bu məsələ belə narahat edirsə, hakimiyyətə gəlsəniz, Ramili özünüz Ermənistana ekstradisiya edin. Nə olar, orda dörd min əsirimiz var, bu da Sizin xətrinizə olar dörd min bir. Bəs Ermənistanın bizə qarşı törətdiyi cinayətlərə Avropa Məhkəməsinin, Avropa dövlətlərinin və təşkilatlarının göz yumması Sizi nə zaman narahat edəcək?! Yaxşı, Ramil Səfərov qəhrəman deyil. Bunu bildik. Sizin və Avropadakı donorlarınızın fikrincə, qəhrəman kimdir?! Köçəryan, Sarkisyan, Ohanyan? Kim?! Kim?!
Başa düşürük, pulu verən özü musiqini də sifariş edir. Ancaq o xarici donorların hər çaldığı havaya - sümüyünüzə düşdü-düşmədi - oynamaq zorundamısınız?! Bəs bunu milli maraqların hansı tərəfinə yazaq?! Hə, "zorundayam" deyirsinizsə, daha o başqa məsələ... Çox keçmiş olsun!” – B.Həziyev deyib.
Tarix: 26-05-2020, 21:55
-
Dünən, 23:41
Bu nazirlik eyni şirkətə 8-ci dəfə milyonluq tender verdi... - “Texno Lyuks M” MMC kimindir?
-
Dünən, 23:40
Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarılıblar - VİDEO
-
Dünən, 23:38
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
-
Dünən, 23:33
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
Dünən, 23:28
Deputata məxsus olduğu deyilən şirkət 35 milyonluq tenderi ...
-
Dünən, 23:27
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
-
Dünən, 17:48
Binəqədinin icra başçısı qəhrəman zabitimizin əmlakına necə qıydı? -ŞİKAYƏTLƏRƏ BAXILMIR
-
Dünən, 17:45
Politoloq: Xəzərdə hərbi aktivliyin artması Azərbaycan üçün yeni təhlükəsizlik riskləri yaradır
-
Dünən, 17:43
Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
-
Dünən, 12:46
Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
-
Dünən, 12:39
Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir...
-
Dünən, 12:34
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
Dünən, 11:13
Ermənistan Zəngəzurdan və kazinodan 162 milyon dollar qazandı - DETALLAR
-
Dünən, 10:44
Azərbaycanı birləşdirən Ağa Məhəmməd şah Qacarın cəsədi niyə iki yerə bölündü? (VİDEO)
-
Dünən, 09:53
Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
-
Dünən, 08:01
SSRİ-ni əslində kimlər idarə edib? – Siyasi Büronun kölgəsində qalan gizli klanlar
-
Dünən, 08:00
Böyrəkləri qorumağın sadə yolu: Əsas qida maddəsi..
-
Dünən, 07:55
Əski yolçəkənimiz Saleh Məmmədovun Almaniyada yeni biznesi... İndi bina tikir..
-
26-07-2026, 23:31
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
26-07-2026, 17:17
Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası VİDEO
-
26-07-2026, 17:05
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“
-
26-07-2026, 16:55
Azərbaycanda boşanma çətinləşə bilər – Qaydalar sərtləşir, cərimələr gəlir?
-
26-07-2026, 11:34
Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb-VİDEO
-
26-07-2026, 10:11
MƏMUR YOXSA XULİQAN? — Dövlətin layihəsi vətəndaşın evini yağmalamaq, onu küçələrə atmaq deməkdir?!
-
25-07-2026, 23:31
Göygöldə Milli Yaylaq Festivalında səhnə uçub, yeddi nəfər xəsarət alıb - YENİLƏNDİ
-
25-07-2026, 23:20
Yəmən ABŞ-yə İrana müdaxilə zamanı dəstək verəcək ölkələrdən biri ola bilər- POLİTOLOQ
-
25-07-2026, 15:49
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
-
25-07-2026, 15:42
Məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq ?
-
25-07-2026, 13:27
QARABAĞ QAZİLƏRİNİN QAZİ JURNALİST VÜQAR MƏMMƏDOVU MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI
-
25-07-2026, 13:24
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...