Məlum olduğu kimi, bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə vida mərasimində fövqəladə hallar naziri Kəmaləddin Heydərov iştirak edib.
“DİA-AZ” xəbər verir ki, vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilirdi və FHN şefinin gəlişi saytlarımız üçün ayrıca xəbər rolunu oynadı.
Amma "DİA-AZ" olaraq bizim diqqətimizi çəkəni FHN şefinin sağlıq durumu oldu. Yəni maşallah olsun, kəmaləddin müəllim kifayət qədər sağlıqlı görünürdü...
Bu sözlərimizi kimsə təsadüfə, səbəbsizliyə bağlamasın. Sözümüzün canı var...
Çünki bir neçə il əvvəl elə yerli KİV-də FHN şefinin səhhətində ciddi problemin yarandığı haqda məlumatlar getdi.
O zamanlar yayılan görüntülər və həmçinin müəyyən müddət boyunca Kəmaləddin Heydərovun hətta rəsmi tədbirlərə belə papaqla qatılması diqqətlərdən yayınmadı.
Amma maraqlı olanı o oldu ki, Kəmaləddin Heydərovla bağlı bu xəbərlər müəmmalı şəkildə saytlardan yaığışdırıldı.
Bunu xatırladan məlumatlı mənbə "DİA-AZ"a bildirib ki, Kəmaləddin Heydərov ağır xərçəng xəstəliyindən müalicə olunub:
"Kifayət qədər ciddi bir sürədə müalicə aldı. Və sağlamlığı bərpa olunub. Artıq xərçəng xəstəsi deyil. Amma bir ara saçları ilə yanaşı, hətta qaşları, kirpikləri belə tökülən nazirimiz indi özünü yetərincə gümrah hiss edir".