Apteklərdə yoxlamalar aparıldı- NÖQSANLAR VAR

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2025-ci ilin noyabr ayında 28 aptekdə yoxlama aparıb.

Ajans.az xəbər verir ki, bununla bağlı AEM-dən məlumat verilib.

Bunlardan 24-ü Bakıda, qalan dördü isə ölkənin digər şəhər və rayonlarında olub.

Mərkəz tərəfindən 22 aptekdə – planlı, 6 aptekdə isə plandankənar yoxlamalar aparılıb. Monitorinq zamanı beş aptekdə çatışmazlıqlar aşkar edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokollar tərtib edilib.

Tarix: 11-12-2025, 15:39
Xəbəri paylaş



Xəbər lenti