Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Siyəzən rayon sakini Mabəddin Zeynalov Mərkəzi Klinikada çalışan həkim-kardioloq Firdovsi İbrahimovu atasının ölümünə səbəb olmaqda ittiham edir.

Reportyor.info xəbər verir ki, Mabəddin Zeynalov bu barədə ölkə rəhbərliyinə ünvanladığı müraciətdə qeyd edib.
Müraciətin bir surətini də redkasiyamıza yollayan vətəndaş yazır ki, 2-ci qrup müharibə əlili olan atası Qabil Zeynalov ürəyin işemik xəstəliyindən əziyyət çəkib. Cari ilin aprel ayının 18-də Mabəddin Zeynalov atasının shhəti pisləşidiyinə görə Siyəzən Rayon Mərkəzi Xəstəxanası’na müraciət edib. “Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyulub və təcili yardımın köməyi ilə xəstə Mərkəzi Klinikaya təxliyə edilib. Mərkəzi Klinika’nın həkim‐kardioloqu Firdovsi İbrahimov atam Qabil Zeynalovu müayinə etdikdən sonra onda ürək damarının tutulmasını aşkar edib. Atamın ürəyinin damarına angioplastika üsulu ilə stent yerləşdirildikdən sonra o, təkrar 26 aprel 2025‐ci il tarixdə təkrar tibbi müayinədən keçməsini bildirib”, – deyə şikayətçi qeyd edib.

Mabəddin Zeynalovun sözlərinə görə, deyilən vaxtda atasını Firdovsi İbrahimovun yanınan təkrar müayinəyə aparsa da, həkim xəstəyə baxmaqdan imtina edib:
“Firdovsi İbrahimov 2‐ci qrup müharibə əlili, atam Qabil Zeynalova yardım göstərməkdən imtina edərək, onu bilərəkdən hikkəsi və inadkarlığı ilə qərəzli olaraq əlil arabasında əlacsız, köməksiz vəziyyətdə qoyub. Bununla da atamın ölümünə səbəb olub”.

Şikayətçi yazır ki, hadisə ilə bağlı Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qaynar xəttinə məlumat verilib. Bundan başqa, Qabil Zeynalovun ailə üzvləri müvafiq qurumlara da müraciət edərək Firdovsi İbrahimov haqqında təbdir görülməsini xahiş edib.
Mabəddin Zeynalov iddia edir ki, müraciətlərə baxmayaraq baş verən hadisə ört-basdır edilir.
Mabəddin Zeynalovun iddiaları ilə bağlı Firdovsi İbrahimovun mövqeyini öyrənmək mümkün olmayıb.

Tarix: Dünən, 22:55
Xəbəri paylaş



Xəbər lenti