Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:”İxtiraçı” həkimdən YENİ XƏBƏR

Bir müddət əvvəl mediada Bakıda fəaliyyət göstərən Yaşam Klinikası, daha doğrusu bu tibb ocağının həkimi Məhəmməd Mehdi Aslaninin “özfəaliyyəti” ilə bağlı məlumatlar tirajlandı. Məlumatlarda müvafiq sertifikasiyadan keçməməsinə baxmayaraq, de-fakto həkim kimi fəaliyyət göstərən Məhəmməd Mehdi Aslaninin kütləvi şəkildə xəstələri yalançı vədlərlə aldatması kimi iddialar yer alır. Təbii ki, məlum maraqlar qarışılığında…

Bu sırada isə şəkərli diabet xəstələrinin üstünlük təşkil etdiyi bildirilir. Sən demə hörmətli həkim Məhəmməd Mehdi Aslani şəkərli diabet xəstəliyinə son qoya biləcək yeniliyə imza atıb. Bu səbəbdən də xəstələrə İran da daxil, xarici ölkələrdən bahalı dərmanlar gətirdir. Əldə edilməsi iri məbləğlərə başa gələn dərmanlarla müalicələr aparılır.
Olsun, əgər bu həqiqətdirsə yalnız alqışlamaq olar. Bu tibb elmində inqilabi yenilik olmaqla bərabər, həm də milyonlarla şəkərli diabet xəstələrinin sevincinə səbəb olardı. Olardı…
Amma Yenixeber.org-a daxil olan məlumatlara görə olmur. Və nəinki tibb elmində inqilabi yenilik və şəkərli diabet xəstələrinin sevincinə səbəb olmur, əksinə. Məhəmməd Mehdi Aslaninin xəstələri kütləvi şəkildə aldadıldıqlarını sosial şəbəkə üzərindən də ictimailəşdirirlər. Sağlıqları ilə bərabər, pullarıda gedər-gəlməz olur… Necə deyərlər, “İt də getdi, ip də getdi”.

Maraqlıdır ki, bu məlumatlara nə Yaşam Klinikasından, nə də səbəbkar həkimdən hansısa reaksiya müşahidə edilmir. Ki, bu da iddiaları stimullaşdıracaq faktorlar sayıla bilər.
Bu istiqmətdə Yenixeber.org-a daxil olan məlumatlara görə Məhəmməd Mehdi Aslani “yeni mülicə metodu”nda tək deyil və ola da bilməz. Tam bir şəbəkədən bəhs edilir…”İxtiraçı” həkimin yerli və xarici həmkarlarının yer aldığı şəbəkədən.
***
Yeri gəlmişkən ötən il də, mediada Yaşam Klinikası ilə bağlı ilginc məlumatlar yayılmışdır. Məlumatda deyilirdi ki, bu klinika ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi.) maddəsi ilə inzibati protokol tərtib edilib… (Yenixeber.org)
Məlum aktuallğını nəzərə alıb, gərəkən araşdırmalarla mövzunu davam etdirəcəyik…
Tarix: 7-08-2025, 17:02
-
Bu gün, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
Bu gün, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
Bu gün, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Bu gün, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
Bu gün, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
Bu gün, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
Bu gün, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
Bu gün, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
Bu gün, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
Bu gün, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
Bu gün, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
Bu gün, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Bu gün, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Bu gün, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Bu gün, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Bu gün, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Bu gün, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Bu gün, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
Dünən, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
Dünən, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
Dünən, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
Dünən, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
Dünən, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
Dünən, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
Dünən, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
Dünən, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
Dünən, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
Dünən, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
Dünən, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
4-08-2026, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar