Cərrah Nigar Məhəmmədova məsuliyyətə cəlb olunacaqmı?


Fərizə Hacıyeva adlı vətəndaşı özünü plastik cərrahiyə üzrə mütəxəssis kimi təqdim edən Nigar Məhəmmədova bədən şəkilləndirmə əməliyyatı edib və dərhal sonra bədəni çürüməyə başlayıb.
Yanvarın 14-də “MedAura” klinikasında bədən şəkilləndirmə əməliyyatı keçirdim. Əməliyyatdan sonra bədənimdə fəsadlar yarandı. Qorxmağa başladım, həkimdən soruşanda yaxşı olacağını söylədi” deyə, şikayətçi bildirib.
Baku TV-nin çəkiliş qrupu məsələyə aydınlıq gətirmək üçün adıçəkilən həkimin işlədiyi xəstəxanaya yollanıb. Tibb müəssisəsinin baş həkimi açıqlamasında onun artıq burada çalışmadığını bildirib.
Araşdırma zamanı məlum olub ki, Nigar Məhəmmədova hazırda Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi çalışır.
O da məlum olub ki, “MedAura” klinikasında Nigar Məhəmmədovanın əməliyyat etdiyi Günay Məmmədova və daha bir neçə pasientdə də ciddi estetik və sağlamlıq problemləri yaranıb.

Bundan başqa, iddialara görə, həkimin “Mərcan” klinikasında əməliyyat etdiyi Rusiya vətəndaşı Arzu Sadıqova abdominoplastika əməliyyatı zamanı dünyasını dəyişib.

Səhiyyə Nazirliydən verilən məlumatda bildirilib ki, Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adı yoxdur.
Tribunainfo.az bildirir ki, adı ölüm, uğursuz əməliyyatlarda hallanan Nigar Məhəmmədova məsuliyyətə cəlb olunmayıb. Onun lisenziyası olmadığı halda yenə əməliyyat etməsi qanunsuzluqdur. Ona bu şəraiti yaradan klinika da məsuliyyət daşıyır. Hazırda Kliniki Tibbi Mərkəzdə onun necə fəaliyyət göstərməsi də təftiş olunmalıdır. Qeyd edək ki, Kliniki Tibb Mərkəzinin saytında N. Məhəmmədovanın adı var.

Fərda Uğur

Tarix: Dünən, 09:51
Xəbəri paylaş



Xəbər lenti