Xolesterini aşağı salan qidalar hansılardır?



Xolesterin yüksəkliyi əsasən doymuş və trans yağlarla zəngin, qızardılmış və işlənmiş qidaların həddindən artıq qəbulu ilə bağlıdır. Onu azaltmaq üçün sağlam qidalanma, fiziki aktivlik və siqaretin tərgidilməsi vacibdir.

 

Pravda.az bildirir ki, xolesterini salmağa kömək edən əsas qidalar bunlardır: yulaf, arpa, paxlalılar (məsələn, mərci, lobya), meyvələr (alma, naringi), tərəvəzlər (brokoli, kələm), çərəzlər (badam, qoz), chia və kətan toxumu. Zeytun yağı və avokado yağı kimi sağlam yağlar da tövsiyə olunur.

 

Ət istehlakı nəzarətdə saxlanmalı, qırmızı ət həftədə 1-2 dəfə 100 qramla məhdudlaşdırılmalıdır. Süd məhsulları az yağlı seçilməli, yağlı və şəkərli yeməklərdən uzaq durulmalıdır. Yumurta isə həftədə 2 dəfə qəbul edilə bilər.

 

Gündə 3 əsas, 3 ara olmaqla 6 dəfə az-az yemək, 8-10 stəkan su içmək, lifli qidaları artırmaq məsləhətdir.

 

Xolesterin problemi olan şəxslərə mütəxəssis diyetoloq dəstəyi almaq tövsiyə olunur.


Tarix: Dünən, 12:24
Xəbəri paylaş



Xəbər lenti