“Mado”da uşaqlar üçün nəzərdə tutulmuş qamburgerin içindən yararsız ət çıxıb - İDDİA




“Mado” restoranlar şəbəkəsinin “Gənclik Mall” filialında uşaqlar üçün nəzərdə tutulmuş qamburgerin içindən yararsız ət çıxıb.

 

Pravda.az xəbər verir ki, bu barədə restoranın müştərilərindən biri sosial şəbəkələrdə şikayət paylaşıb.

 

“Ayın 8-də qızlarımla birlikdə restoranda nahar etmişik. Kiçik yaşlı qızıma uşaqlar uçun nəzərdə tutulan qamburger sifariş etmişik. İçindən çıxana baxın. Görün ətin içinə nələr qatırlar”, - o bildirib.

 

Pravda.az məsələni aydınlaşdırmaq üçün “Mado”ya sorğu ünvanlayıb.

 

Əldə etdiyimiz məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məsələni araşdırır.


Tarix: 9-07-2025, 22:18
Xəbəri paylaş



Xəbər lenti