Daha bir tibb cinayəti: Zaur Ramixanov xəstənin həyatını məhv etdi
Neyrocərrahın səhlənkarlığı daha bir həyatı məhv etdi – Zaur Ramixanovun “Tibbi Cinayətləri” davam edir
Ölkəmizdə tibbi məsuliyyətsizlik halları təəssüf ki, zaman-zaman insanların həyatına və sağlamlığına ağır zərbə vurur. XALQ.AZ-a müraciət edən Araz Musayev həyatının məhv olmasında,əlil qalmasında şikayətlənib.Bu olay isə Mingəçevir Regional Hospitalında qeydə alınıb. Vətəndaş Musayev Araz Müşfiq oğlu 2023-cü ildə bu xəstəxanada neyrocərrah Zaur Ramixanov tərəfindən əməliyyat olunub. Əməliyyat öncəsi həkim tərəfindən 3000 manat məbləğində pul alınması ilə başlayan proses, vətəndaşın əlil arabasına məhkum edilməsi ilə nəticələnib. Əməliyyatı düzgün etmədiyi üçün pulu geri qaytardı ve dedi gedin hara istəyirsiz şikayət edin Araz Musayev bildirir.Digər xəstəxanada aparılan təkrar müayinələr nəticəsində məlum olub ki, pasiyentin fəqərə sütununda köhnə sınıq qalığı saxlanılıb və bu, əməliyyatın düzgün aparılmadığını açıq şəkildə sübut edir. Mütəxəssislər bildirir ki, bu cür ciddi səhlənkarlıq yalnız pasiyentin həyat keyfiyyətini məhv etmir, həm də tibbi etikanı və insan hüquqlarını ayaqlar altına alır.Ən dəhşətlisi odur ki, Zaur Ramixanovun adı daha əvvəl də bir neçə ciddi hadisədə hallanıb. 82 yaşlı Raya Əliyevanın “İstanbul NS” klinikasında ölümünə səbəb olan səhv diaqnoz və müdaxilə məhz bu həkimlə bağlı idi. Habelə “Yeni Gəncə” Tibb Mərkəzində baş vermiş əməliyyat zamanı Sevinc Kəriminin kor qalmasında da onun adı çəkilir. Hər iki hadisə müxtəlif yollarla ört-basdır edilsə də, ictimai yaddaş bu faciələri unutmayıb. Artıq cəmiyyət sual edir: Bu qədər şikayət və faciəli nəticələr fonunda Zaur Ramixanov hələ də necə həkim fəaliyyətini davam etdirə bilir? Onun fəaliyyətinə hüquqi qiymət vermək və bu cür halların qarşısını almaq üçün aidiyyəti qurumlar nəyi gözləyir?Baş Prokurorluq və Səhiyyə Nazirliyi qarşısında bu məsələnin ciddi şəkildə araşdırılması və hüquqi qiymət verilməsi şikayətçi bildirir?Hazırda Araz Musayev məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib və müvafiq qurumlardan bu olayın obyektiv şəkildə araşdırılmasını istəyir.Şikayətçi bildirir ki, Zaur Ramixanov verilişlərə çıxır özünü reklam edir, mən sizin vasitənizlə bütün insanlara muraciət edirəm əlil qalmaq istəmirsinizsə bu cərraha müraciət etməyin.Zaur Ramixanovla əlaqə saxlasaqda suallarımıza cavab verilmədi .Mingəçevir Regional Hospitalıdanda bu məsələyə heç bir münasibət bildirmədilər.Adları keçənlərin də mövqeyini dərc etməyə hazırıq.
Tarix: 10-04-2025, 15:33
-
Bu gün, 08:00
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
-
Bu gün, 07:58
TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...
-
Bu gün, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
Dünən, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
Dünən, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
Dünən, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
Dünən, 23:10
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
Dünən, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
Dünən, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
Dünən, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
Dünən, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
Dünən, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
Dünən, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO
-
9-06-2026, 21:44
QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq - iki layihə meneceri vəzifədən gedib
-
9-06-2026, 14:06
CHP qurultay qərarı verdi – Kılıçdaroğlu geri çəkildi, tarix açıqladı
-
9-06-2026, 13:53
Masazır kəndində ANTİSANİTAR VƏZİYYƏT: “Çirkab sular açıq şəkildə əraziyə axır”
-
9-06-2026, 11:05
Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir - İNCƏLƏMƏ
-
9-06-2026, 10:12
AAYDA bizi Tanrının ümidinə qoyub - Səxavət Məmməd yazır
-
9-06-2026, 10:08
Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
-
9-06-2026, 09:58
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "Frutti Agro" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
8-06-2026, 23:15
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?”
-
8-06-2026, 21:16
ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8-06-2026, 21:06
Adının “Kəmaləddin” yazılmasına etiraz edir, yazmağı isə... - Deputat Qafarovla bağlı İDDİALAR
-
8-06-2026, 20:57
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”