“Xəstəliklərin sayı ona görə artır ki...” - Həkimin şərhi



"Havaların soyuması ilə əlaqədar immunitet sisteminin dəyişməsi, isti havadan soyuq havaya keçidlə əlaqədar müəyyən xəstəliklərin yayılması baş verir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev deyib. 

Həkim bildirib ki, hələ də korona daşıyıcıları var, müayinə zamanı bəzi şəxslərdə covid aşkar olunur:
"Ona görə də qripli, öskürək əlamətləri olan, temperaturu 37 dərəcədən yüksək olan, tənginəfəslik halları müşahidə edilən xəstələrdən dərhal koronavirusla bağlı müayinə analizləri götürülür. Bunlar vacib müayinələrdir və onların hər birinə əməl olunmalıdır".

Namiq Nəbiyev bildirib ki, ən çox xəstəlik peyvənd olunmayan xəstələrdə aşkarlanır:

"Peyvənd olunan insanlarda xəstəlik qrip şəkilində keçir. Xəstəlik zamanı çoxlu maye qəbul edilməli və parasetamol içilməlidir”.

Bahar Rüstəmli
Tarix: 13-10-2023, 21:50
Xəbəri paylaş



Xəbər lenti