Vaksin hazırlayan türkiyəli professor: “Omikron”dan qorxmağa ehtiyac yoxdur”



Almaniyada koronavirusa qarşı vaksin hazırlayan türkiyəli professor Uğur Şahin “Omikron” ştammı haqqında açıqlama verib.
Neqativ.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandıran zaman deyib.
“Yeni “Omikron” variantına görə qorxmağa ehtiyac yoxdur. Çaxnaşmaya ehtiyac yoxdur. Bu variantda çoxlu müxtəlif mutasiyaların olduğunu bilirik. Bilirik ki, vaksin bu varianta daha az təsir edir, amma eyni zamanda da, xəstəliyin ağır təsirlərdən qoruyur”, - deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, iki həftə sonra “Omikron” variantı ilə bağlı ümumi məlumat topladıqda qəti bir nəticəyə gələ biləcəklər.
Tarix: 2-12-2021, 07:55
Xəbəri paylaş



Xəbər lenti