"Omicron" ştammının yayılma ehtimalı çox yüksəkdir



 ÜST: "Bugünədək yeni ştammdan ölüm faktı qeydə alınmayıb"
Koronavirusun "Omicron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında deyilir.
Sənəddə qeyd olunur ki, yeni ştamm yoluxma sayının kəskin artmasına və ciddi fəsadlara gətirib çıxara bilər: "Bugünədək "Omicron" ştammından ölüm faktı qeydə alınmayıb. Bununla belə, yeni ştamma yoluxma vaksin olunmuş şəxslərdə yüngül formada qeydə alına bilər".
ÜST "omikron" ştammı ilə əlaqədar dünya ölkələrini əhalinin vaksinasiyasını sürətləndirməyə çağırıb.
Tarix: 29-11-2021, 15:30
Xəbəri paylaş



Xəbər lenti