Sonu görünmür: dünyada koronavirusa yoluxmaların sayı yenidən artır



Dünyada aşkar edilmiş koronavirusa yoluxma hallarının sayı yeddi gün ərzində 3,4 milyon nəfər artıb ki, bu da ötən həftə ilə müqayisədə 0,3 milyon nəfər çoxdur və sentyabrın sonundan bəri maksimum göstəricidir. Bu barədə TASS xəbər verir.
Məlumata görə, COVID-19-dan ölüm nisbəti də 2,6 min artıb.Yeddi gündə 51,5 min ölüm qeydə alınıb.
Avropa infeksiyanın yayılmasının əsas episentrinə çevrilib. Bununla belə, yoluxma sayının kəskin artmasına baxmayaraq, vaksinasiyaya görə ölüm sayı aşağı səviyyədə qalır.
Tarix: 15-11-2021, 08:51
Xəbəri paylaş



Xəbər lenti