Bakıda bu universitetlərdə yoluxma aşkarlandı: qruplar bağlandı - AÇIQLAMA




Bakıda 2 universitetdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Dillər Universitetinin 2 qrupunda yoluxma olduğu üçün həmin qruplar distant təhsilə keçib.

Məsələ ilə bağlı hər iki universitetlə əlaqə saxladıq:



Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov Bakupost.az -a açıqlamasında yoluxanların Fizika və Musiqi və İncəsənət fakültələrinin tələbələri olduğunu deyib:


"Universitetin fizika və riyaziyyat, eyni zamanda incəsənət və fiziki tərbiyə fakültəsinin 1 qrupunda koronavirus aşkarlanıb. Yoluxma ilə əlaqədar olaraq tələbələrin təhsil aldıqları qruplarda dərslər 2 həftəlik distant formaya keçirilib".


Azərbaycan Dillər Universitetindən isə Bakupost.az -a bildirilib ki, tədrisin distanta keçməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil:


"Dərslər başlayandan bu günə qədər 8 tələbədə COVID-19 aşkarlanıb. Həmin tələbələr karantinə alınıb. Tədrisin distanta keçməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil. Qrupun karantinə alınması, yaxud dərslərin onlayna keçməsi yalnız bir qrupda 3 tələbədə virus aşkar olunduğu təqdirdə olur. Belə hal isə ADU-da yoxdur".






Tarix: 14-10-2021, 22:51
Xəbəri paylaş



Xəbər lenti