4 badamı 24 saat suda saxlasanız nə olar?



4 badamı 24 saat suda saxlasanız nə olar?
Əsl təbii möcüzəyə şahid olmaq istəyirsinizsə, 4 badamı bir gecədə suda saxlamalısınız. SİA xarici mətbuata istinadən xəbər verir ki, badam suda gözlədildikdə fermentləri aktivləşən badam, faydaları ilə insanı təəccüblənməyə məcbur edəcək.

Maqnezium, sink, kalsium, omeqa 3 və E vitamini və minerallarla zəngin olan badam, su qalarkən tərkibindəki fermentləri buraxır. Bədənimiz isladılmış badamı daha tez həzm edir.

Hər gün 4 isladılmış badam yeyin

Bu sizə enerji verir. İçindəki mis, riboflavin və maqnezium maddələr mübadiləsini sürətləndirir və arıqlamağı asanlaşdırır. Suda gözlədilən badam kalium, doymamış yağ və zülal baxımından güclüdür.

Həmçinin, badam damarlara zərər verən iltihabı aradan qaldırır. E vitamini sayəsində ürək xəstəliklərini minimuma endirir. Eyni zamanda tərkibindəki maqnezium ani infarktın qarşısını alır.
Tarix: 6-10-2021, 17:47
Xəbəri paylaş



Xəbər lenti