Azərbaycanda koronavirusla bağlı bugünkü STATİSTİKA



Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb 
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 826 yeni yoluxma faktı qeydə alınıb, 1 597 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 487 204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 467 043 nəfər müalicə olunaraq sağalıb, 6 599 nəfər vəfat edib, aktiv xəstə sayı 13 562 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 201, ötən müddət ərzində isə ümumilikdə 4 902 328 test aparılıb.
Tarix: 5-10-2021, 21:56
Xəbəri paylaş



Xəbər lenti