Makron ÜST ölkələrini xəstəliklər barədə informasiyanı gizlətməməyə çağırıb


Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr xəstəliklərə aid olan informasiyanı gizlətməməlidir.

“Report” EFE agentliyinə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

"Ümumdünya Səhiyyə Təşkilatı ölkələrdən heç biri informasiyanı gizlətməməli və ya məlumatların ötürülməsinə mane olmamalıdır", - Makron Lionda Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun da iştirakı ilə keçirilən tədbirdə deyib.

Makron məhz hansı ölkəni nəzərdə tutduğunu açıqlamayıb, ancaq qərb KİV-i qeyd edir ki, Fransa rəhbəri koronavirusun aşkarlandığı Çinə işarə edib.
Tarix: 28-09-2021, 09:05
Xəbəri paylaş



Xəbər lenti