“Bir tanışım deyir ki, maskasız velosiped sürürmüş, polis saxlayıb, cərimə edib. Polis qanuna əməl edib, bu heç, amma qaydanı tədbiq edənlərin ağıl-məntiqində ciddi problem olduğu dəqiqdir. Açıq havada maska tələbi mənasız, məntiqsiz, sanki insanların canını boğazına yığmaq üçün düşünülmüş qərardır”. Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.
N.Cəfərli qeyd edib ki, parklarda, bulvarda, açıq havada maska taxma tələbinin virusla mübarizə ilə heç bir əlaqəsi yoxdur: “Qurtarın bu komediyanı!”
Tarix: 12-02-2021, 08:03