Azərbaycanda COVID-19-la bağlı SON VƏZİYYƏT


Azərbaycanda COVID-19-la bağlı     SON VƏZİYYƏT
Son sutkada 205 nəfər COVID-19-dan sağalıb, 140 nəfər yoluxub, 3 nəfər vəfat edib
 
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 205 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 231 649 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 119 nəfər müalicə olunaraq sağalıb, 3 170 nəfər vəfat edib, aktiv xəstə sayı 2 360 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 315, ötən müddət ərzində isə ümumilikdə 2 478 223 test aparılıb.
Azərbaycanda son sutkada 205 nəfər COVID-19-dan sağalıb, 140 nəfər yoluxub, 3 nəfər vəfat edib
Tarix: 11-02-2021, 16:51
Xəbəri paylaş



Xəbər lenti