ÜST-dən koronavirus proqnozu: İkinci il daha ağır olacaq



Koronavirus pandemiyasının ikinci ili bəşəriyyət üçün birincisindən daha təhlükəli ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri ÜST-ün fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan deyib.
“Biz pandemiyanın ikinci ilinə qədəm qoyuruq və bu il koronavirusun yayılma dinamikasını nəzərə alsaq, daha çətin ola bilər”, - deyə Rayan bildirib.
ÜST rəsmisi əlavə edib ki, son iki həftə ərzində quruma daxil olan məlumatlar yoluxmanın yenidən pikə qalxdığını göstərir.
Tarix: 14-01-2021, 14:21
Xəbəri paylaş



Xəbər lenti