Rusiyalı həkim-terapevt, dietoloq və tibb elmləri namizədi Yekaterina Burlyayeva koronavirusa yoluxan şəxsləri bəzi qidalardan uzaq durmağa çağırıb.Cebhe.info xəbər verir ki, bu barədə o, "Rossiyskaya qazeta"ya müsahibə verib.
Həkimin sözlərinə görə, koronavirusa yoluxan şəxslərin qidasında duz və şəkərin miqdarı mütləq azaldılmalıdır:
"Tərkibində yağ turşusu olan qidalar, həmçinin un məmulatları, qazlı
içkilər qəbul etmək olmaz", - deyə mütəxəssis bildirib.
Həkim həmçinin koronavirusa əks təsir edən zərərli qidalar siyahısında kolbasa, sosislər, delikateslər, yağlı ət, yağlı pendir, çipslər, mayonez və “fast-food” qidalarının da adlarını çəkib.
Tarix: 9-01-2021, 15:05